Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Bank of Baku

Java developer

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Java əsaslı proqram təminatı sistemlərinin hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi; Biznes tələblərinin analiz edilməsi və texniki həllərin hazırlanmasında iştirak; Yeni funksionallıqların hazırlanması və mövcud funksionallıqların təkmilləşdirilməsi; REST API və digər inteqrasiya həllərinin hazırlanması; Verilənlər bazası ilə qarşılıqlı əlaqənin hazırlanması və optimallaşdırılması; Mövcud sistemlərin kod bazasının analiz edilməsi və refaktorinq işlərinin aparılması; Proqram təminatında yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması; Tətbiqlərin performans və dayanıqlığının təmin edilməsində iştirak; Unit və Integration testlərin hazırlanması; Code Review proseslərində iştirak; CI/CD proseslərinin tətbiqində və təkmilləşdirilməsində iştirak; Texniki sənədlərin hazırlanması və aktuallaşdırılması; Digər proqramçı, analitik, QA və infrastruktur komandaları ilə sıx əməkdaşlıq; Müəyyən edilmiş development, security və architecture standartlarına riayət etmək; Junior proqramçıların texniki inkişafına dəstək göstərmək. Tələblər Problem həlletmə Detallara diqqət Uyğunlaşma Java SE və OOP prinsipləri üzrə güclü bilik; SOLID, Design Patterns və Clean Code prinsipləri üzrə praktiki təcrübə; Java Collections, Exception Handling, Multithreading/Concurrency və digər əsas Java mexanizmləri üzrə yaxşı bilik; Spring Framework və Spring Boot ilə peşəkar iş təcrübəsi; REST API-lərin hazırlanması və inteqrasiyası üzrə təcrübə; Mikroservis arxitekturası və servis əsaslı tətbiqlərin hazırlanması üzrə anlayış və praktiki təcrübə; Relational verilənlər bazaları ilə işləmə üzrə yaxşı bilik; Oracle, PostgreSQL relational database-lərdən biri ilə praktiki iş təcrübəsi; SQL üzrə yaxşı bilik, mürəkkəb sorğuların yazılması və optimallaşdırılması bacarığı; JPA/Hibernate və ya digər ORM texnologiyaları ilə iş təcrübəsi; Git ilə işləmə və version control prinsipləri üzrə bilik; Maven və ya Gradle ilə işləmə təcrübəsi; Unit və Integration Testing üzrə praktiki bilik; JSON, HTTP/HTTPS və web servis texnologiyaları üzrə yaxşı bilik; Docker və container texnologiyaları üzrə praktiki təcrübə; CI/CD prosesləri və müvafiq alətlər haqqında bilik; Linux əməliyyat sistemi mühitində işləmə bacarığı; Message Broker texnologiyaları, məsələn Kafka və ya RabbitMQ ilə iş təcrübəsi; Redis və digər caching mexanizmləri üzrə anlayış; Logging, monitoring və application troubleshooting üzrə anlayış; Proqram təminatı arxitekturası və inteqrasiya prinsipləri haqqında yaxşı anlayış.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.