Vakansiya haqqında
Əsas vəzifələr
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslərin əməkdaşlarının xarici ezamiyyətləri üzrə aviabilet, otel, transfer və viza əməliyyatlarını təşkil etmək;
Aviabiletlərin bronlaşdırılması, rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması əməliyyatlarını həyata keçirmək;
Ezamiyyət məqsədinə və təsdiqlənmiş büdcəyə uyğun otel və transfer xidmətlərini bronlaşdırmaq;
Viza tələblərini araşdırmaq, müraciət üçün zəruri sənədləri hazırlamaq və görüşləri təyin etmək;
Aviaşirkətlər, otellər və digər xidmət təminatçıları ilə koordinasiyanı təmin etmək;
Səyahət zamanı yaranan dəyişiklikləri və təcili müraciətləri operativ şəkildə idarə etmək;
Tələblər
Turizm və aviabilet xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi;
Amadeus sistemindən istifadə üzrə bilik və praktiki təcrübə. Müvafiq peşə sertifikatlarının, o cümlədən Amadeus sertifikatının olması mütləqdir;
Aviabiletlərin rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması, həmçinin tariflər və hava daşımaları qaydaları üzrə bilik və praktiki bacarıqlar;
Turların seçilməsi, otel və transfer xidmətlərinin bronlaşdırılması üzrə təcrübə;
Viza tələbləri və viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə: zəruri sənədlərin hazırlanması, anketlərin doldurulması və sənədlərin təqdim edilməsi üçün görüşlərin təyin edilməsi;
Azərbaycan, ingilis və rus dillərini bilmək;
MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
Səlis ünsiyyət bacarığı, diqqətlilik, məsuliyyətlilik və eyni vaxtda bir neçə sifarişi idarə etmək bacarığı;
Əvvəlcədən razılaşdırılmış qrafik üzrə növbətçilik etməyə hazır olmaq.
İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftə içi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə iştirak.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
