Vakansiya haqqında
Əsas vəzifələr
Bank üzrə Data Risk Management çərçivəsinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsinin təmin edilməsi;
Bankın məlumat aktivləri üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, prioritetləşdirilməsi və davamlı monitorinqi prosesinin idarə edilməsi;
Data Governance və data keyfiyyəti ilə bağlı müəyyən edilmiş risklər üzrə nəzarət tədbirlərin effektivliyinin qiymətləndirilməsi və icra statusunun izlənilməsi;
Data Risk üzrə Əsas Risk Göstəricilərinin (Key Risk Indicators – KRI) və risk iştahı (RAS) limitlərinin müəyyən edilməsi və monitorinqi;
Data Risk profili, əsas risk trendləri və limit pozuntularının təhlil edilməsi və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi;
Data Risk məsələləri üzrə biznes, İT və Data Governance komandaları ilə koordinasiyanın təmin edilməsi;
Data Risk istiqaməti üzrə fəaliyyətlərin və komanda daxilində iş bölgüsünün koordinasiyası, prioritetlərin müəyyən edilməsi.
Tələblər
İqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
Bank, maliyyə, Data Governance və ya risk idarəetməsi sahəsində minimum 2-4 il iş təcrübəsi;
Data Risk, Data Governance, və ya Operational Risk sahələrində bilik və praktiki təcrübə;
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqi prosesləri üzrə təcrübə;
Data Governance framework-ləri üzrə bilik və təcrübə (məsələn: DAMA-DMBOK);
Bank tənzimləmələri və risk standartları haqqında bilik (məsələn: Basel III, BCBS 239);
SQL, Excel, Power BI və ya digər analitik alətlərlə işləmək bacarığı;
Statistik analiz və məlumat modelləşdirməsi üzrə təcrübə;
Güclü analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
Müxtəlif biznes və texniki komandalarla koordinasiya və effektiv kommunikasiya bacarığı;
Azərbaycan və ingilis dillərində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
