Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Supertoys

Satış kanalları üzrə bölmə rəhbəri

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Supertoys MMC komandamıza Satış Kanalları üzrə Bölmə Rəhbəri axtarır. Onlayn satış, korporativ satış, E-commerce və Marketplace istiqamətlərini vahid strategiya əsasında idarə edəcək, satış planlarının icrasını təmin edəcək və komandaların səmərəli fəaliyyətinə rəhbərlik edəcək təcrübəli mütəxəssis tələb olunur. Əsas vəzifə öhdəlikləri Onlayn satış, korporativ satış, E-commerce və Marketplace komandalarının işini idarə etmək; Bütün satış kanalları üzrə strategiya və inkişaf planlarının hazırlanmasını təşkil etmək; Satış hədəflərini müəyyənləşdirmək, icrasına nəzarət etmək və nəticələri təhlil etmək; Satış kanalları üzrə dövriyyə və gəlirliliyin artırılması üçün tədbirlər görmək; Komanda rəhbərləri və əməkdaşlar arasında iş bölgüsünü və koordinasiyanı təmin etmək; Hər satış istiqaməti üzrə KPI göstəricilərini müəyyənləşdirmək və nəticələrə nəzarət etmək; Onlayn satış proseslərinin, müştəri müraciətlərinin və sifarişlərin effektiv idarə olunmasını təmin etmək; Korporativ müştərilərlə əməkdaşlığın genişləndirilməsi və yeni satış imkanlarının yaradılması üzrə işləri təşkil etmək; Marketplace platformalarında məhsul çeşidi, qiymət, kampaniyalar və satış nəticələrinin idarə edilməsinə nəzarət etmək; E-commerce platformasının satış effektivliyinin artırılması və inkişafı üçün təşəbbüslər irəli sürmək; Satış kanalları üzrə hesabatları təhlil etmək və nəticələrə əsaslanan qərarlar vermək; Digər struktur bölmələrlə əlaqəli və koordinasiyalı işi təmin etmək. Namizədə tələblər Satış və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi; Rəhbər vəzifədə minimum 2 il idarəetmə təcrübəsi; Onlayn satış, korporativ satış və E-commerce prosesləri üzrə bilik və təcrübə; Marketplace platformalarının iş prinsiplərini bilmək; Satış strategiyasının hazırlanması və icrası üzrə təcrübə; KPI sisteminin qurulması və satış göstəricilərinin təhlili bacarığı; Komanda idarəetməsi, motivasiya və koordinasiya bacarıqları; Analitik düşüncə və nəticəyönümlülük; Güclü kommunikasiya, danışıqlar aparmaq və qərarvermə bacarığı; MS Excel və hesabat alətləri ilə işləmək bacarığı; 1C və PowerBI ilə işləmək bacarığı. Əməkhaqqı Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.