Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Life at Bir

İT xidmətlərinin idarə edilməsi şöbəsində təcrübəçi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İT komandaları ilə görüşlərin təşkilinə dəstək göstərmək və görüş qeydlərini hazırlamaq; Məlumatları toplamaq, sistemləşdirmək və reyestrləri yeniləmək; Hesabat və təqdimatların hazırlanmasına kömək etmək; Tapşırıqların icra statusunu izləmək; Risklərin idarə edilməsi prosesinə və risklərin azaldılması üzrə tədbirlərin icra statusunun izlənməsinə dəstək göstərmək; Prosedur və sənədlərin yenilənməsində iştirak etmək. Tələblər İT, menecment, analitika və ya uyğun sahə üzrə son kurs tələbəsi və ya yeni məzun olmaq; Excel, Word və PowerPoint üzrə biliklər; İngilis və ya rus dillərindən ən azı birini bilmək - mütləq tələbdir; Məlumatlarla işləmək və onları təhlil etmək bacarığı; İT xidmətlərinin idarə edilməsi (ITSM) prosesləri haqqında ilkin anlayış; Ünsiyyət və komandada işləmək bacarığı; Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.