Vakansiya haqqında
Əsas vəzifələr
Tikinti layihələri üzrə işçi sənədlərin, texniki hesabatların və icra sənədlərinin hazırlanması;
Layihə və işçi çertyojların təhlili, texniki tələblərə uyğunluğun yoxlanılması;
İşlərin icra qrafiklərinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
Yerinə yetirilmiş işlərin həcmlərinin hesablanması və yoxlanılması;
Görülmüş işlərə dair aktların, arayışların və digər texniki sənədlərin hazırlanması;
Tikinti sahəsindən daxil olan məlumatların təhlili və hesabatların hazırlanması;
Layihə, smeta və faktiki icra göstəricilərinin müqayisə edilməsi;
Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyanın təmin edilməsi;
Tikinti işlərinin təsdiq olunmuş layihəyə, texniki normalara və standartlara uyğunluğuna nəzarətdə iştirak etmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas);
Tikinti sahəsində PTO mühəndisi vəzifəsi üzrə iş təcrübəsi;
Tikinti layihələri və texniki sənədlərlə işləmək bacarığı;
AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
İş həcmlərinin hesablanması və texniki hesabatların hazırlanması üzrə biliklər;
Tikinti norma və qaydaları haqqında məlumatlı olmaq;
Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən edilir;
Peşəkar inkişaf və böyük tikinti layihələrində iştirak imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
