Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

Gəmi qeydiyyatı və sənədləri üzrə aparıcı mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində müvafiq qeydlərin aparılması; Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyatda olan gəmilərə “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”nin və digər gəmi sənədlərinin verilməsi ilə bağlı sənədlərin hazırlanması; “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olaraq gəmilərin və dəniz limanlarının yoxlanılmasını həyata keçirmə, həmçinin keçirilən yoxlamalara uyğun olaraq şəhadətnamələrin hazırlanması; Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin yoxlanılmasında iştirak edilməsi və müvafiq sənədlərin hazırlanması; Gəmilərin və gəmiçilik şirkətlərinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” üzrə həyata keçirilmiş yoxlamaların nəticəsinə uyğun olaraq müvafiq Şəhadətnamələrin hazırlanması; Gəmiçilik şirkətlərinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə” üzrə planlarının yoxlanılması; Gəmi agenti kursları üzrə proqramların hazırlanmasında iştirak edilməsi; Gəmilərin təhlükəsiz istismarına dair sənədlərin hazırlanması; Şöbənin vəzifələrinə uyğun olaraq əmrlərin və müraciətlərlə bağlı müvafiq sənədlərin hazırlanması; Tələblər Dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların və yerli qanunvericiliyin tələbləri; “Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları” haqqında biliklər; MS Office proqramlarında işləmə bacarığı; Şifahi və yazılı ünsiyyət bacarığı; Dəqiqlik və məsuliyyətlilik; Stresə davamlılıq. Planlama və zamanın idarə olunması bacarığı; İnnovativlik; Komandada işləmə bacarığı. Müvafiq sahə üzrə minimum - 2 il iş təcrübəsi. Gəmi sürücülüyü, Gəmi energetik qurğularının istismarı və ya Gəmiqayırma və gəmi təmiri ixtisasları üzrə ali təhsil. Azərbaycan dili (səlis) və İngilis dili (B1) Dənizçilik sahəsində müvafiq Beynəlxalq Təşkilatlardan beynəlxalq konvensiyalar və məcəllələr üzrə “Auditor” kursunun bitirilməsinə dair sertifikatların olması; Rus dili-(B1).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.