Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
İllik və rüblük marketinq planlarının hazırlanması, büdcənin idarə olunması;
Brendin mövqeləndirilməsi və bazarda tanınmasının gücləndirilməsi;
Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması;
Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili;
Bazar, rəqib və müştəri davranışlarının araşdırılması;
Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi;
Lead generation, müştəri cəlbi və satışla əməkdaşlıq proseslərinin inkişaf etdirilməsi;
Marketinq komandasına (digital, SMM, kontent və marketinq mütəxəssisləri) rəhbərlik etmək, illik və rüblük planı konkret tapşırıqlara, deadline-lara və fərdi KPI-lara bölmək, tapşırıqları yazılı brief ilə vermək və icrasını mütəmadi izləmək
Komandanın işinin keyfiyyətinə və brend standartlarına uyğunluğuna nəzarət etmək, geri bildirim və mentorluq vasitəsilə mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək, performansı müntəzəm qiymətləndirmək
Daxili komanda, agentliklər və frilanserlər arasında iş yükünü düzgün bölüşdürmək, komandada nəticəyə yönümlü və şəffaf iş mədəniyyəti formalaşdırmaq
Marketinq xərclərinin və büdcəsinin səmərəli idarə olunması;
Rəhbərliyə mütəmadi hesabatların və analitik təqdimatların hazırlanması;
Marketinq proseslərinin optimallaşdırılması və yeni marketinq alətlərinin tətbiqi.
Tələblər
Marketinq, biznes idarəetməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
Google Analytics, Google Ads, Meta Ads və digər rəqəmsal marketinq platformaları üzrə praktiki bilik
Marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
Digital marketing, SMM, performance marketing və brend idarəetməsi üzrə biliklər;
Bazar və rəqib analizləri aparmaq bacarığı;
Marketinq büdcəsinin idarə olunması üzrə təcrübə;
Analitik düşüncə və nəticəyönümlülük;
Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı
Komanda idarəetməsi və liderlik bacarığı;
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Azərbaycan dili - sərbəst, ingilis dili biliyi B2 və yuxarı səviyyə (rus dili üstünlükdür)
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı istifadə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
