Vakansiya haqqında
Əsas vəzifələr
Hotelin bütün İT sistemlərinin, şəbəkə infrastrukturunun, proqram təminatlarının və İT avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
Kompüter, printer, POS, telefon, server, şəbəkə avadanlıqları və digər İT sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
Hotel əməkdaşlarının İT ilə bağlı müraciətlərinin vaxtında qəbul edilməsini və operativ şəkildə həll olunmasını təmin etmək;
Hotelin lokal şəbəkəsinin, internet bağlantısının, Wi-Fi sistemlərinin və digər kommunikasiya infrastrukturunun fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Serverlər, istifadəçi kompüterləri, şəbəkə avadanlıqları və digər sistemlərin idarə olunmasını və texniki xidmətini təşkil etmək;
Proqram təminatlarının quraşdırılması, yenilənməsi, lisenziyalarının idarə olunması və texniki problemlərinin aradan qaldırılmasını təmin etmək;
Hotelin istifadə etdiyi Opera proqramının, e-mail, təhlükəsizlik və digər İT sistemlərinin düzgün işləməsinə nəzarət etmək və yaranan problemlərin həllini koordinasiya etmək;
İstifadəçi hesablarının, giriş səlahiyyətlərinin, parolların və digər giriş hüquqlarının idarə edilməsini təşkil etmək;
Hotelin İT təhlükəsizliyi, məlumatların qorunması, ehtiyat nüsxələrin (backup) yaradılması və informasiya təhlükəsizliyi prosedurlarının tətbiqinə nəzarət etmək;
İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətini və istifadə müddətini izləmək, zəruri hallarda yenilənməsi və dəyişdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
Hotelin İT infrastrukturunun müasir texnologiyalara uyğun inkişaf etdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.
Tələblər
İT sahəsində minimum 3–5 il iş təcrübəsi, rəhbər və ya İT Menecer vəzifəsində təcrübə üstünlükdür;
Hotel sektorunda İT sistemlərinin idarə olunması üzrə iş təcrübəsi üstünlükdür;
Opera proqramında peşəkar səviyyədə bilik və praktiki iş təcrübəsi mütləqdir;
İT infrastrukturu, kompüter avadanlıqları, serverlər və şəbəkə sistemləri üzrə yaxşı bilik;
Windows əməliyyat sistemləri, Microsoft 365/MS Office və sistem inzibatçılığı üzrə praktiki biliklər;
Server, backup və istifadəçi hesablarının idarə edilməsi üzrə təcrübə;
Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (İngilis dili biliyi üstünlükdür) ;
Məsuliyyətli, operativ, analitik düşüncəli və nəticəyönümlü olmaq.
Tam iş günü, 5 günlük iş həftəsi;
İş qrafiki: 09:00–18:00;
Nahar şirkət tərəfindən təmin olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
