Vakansiya haqqında
VAKANSİYA
İctimaiyyətlə əlaqələr üzrə menecer (PR Manager)
Şirkət: Meta Education and Consulting MMC
İş saatları: 10:00 – 19:00
Əməkhaqqı: 1000 azn
Vəzifə öhdəlikləri:
* Şirkətin ictimaiyyətlə əlaqələr və PR strategiyasının hazırlanması və həyata keçirilməsi;
* Şirkətin imicinin və korporativ nüfuzunun formalaşdırılması və qorunması;
* Media, dövlət və özəl qurumlar, tərəfdaşlar və digər təşkilatlarla əlaqələrin qurulması;
* Şirkətin sosial media və kommunikasiya fəaliyyətinin koordinasiyası;
* Press-relizlərin, rəsmi açıqlamaların, təqdimatların və digər PR məzmunlarının hazırlanması;
* Şirkətin tədbirlərinin, layihələrinin, konfrans və görüşlərinin təşkili və koordinasiyası;
* Şirkətin həyata keçirdiyi layihələrin ictimaiyyətə düzgün və effektiv şəkildə təqdim edilməsi;
* PR fəaliyyətinin nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi.
Namizədə dair tələblər:
* Ali təhsil;
* PR, ictimaiyyətlə əlaqələr və ya kommunikasiya sahəsində minimum 2 il iş təcrübəsi;
* Komanda idarəetmə və liderlik bacarığı;
* Güclü yazılı və şifahi kommunikasiya bacarığı;
* Rəsmi yazışma və təqdimat hazırlamaq bacarığı;
* Media və tərəfdaşlarla effektiv əlaqə qurmaq bacarığı;
* Təşəbbüskarlıq, kreativlik və strateji düşünmə qabiliyyəti;
* Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus dili və İngilis dili biliyi üstünlükdür)
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “İctimaiyyətlə əlaqələr üzrə menecer” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərsiniz:
E-mail: metaedu.hr@gmail.com
Meta Education and Consulting MMC – Gələcəyi birlikdə formalaşdıraq!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
