Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aqrar tədarük və təchizat

Biznesin inkişafı departamentinin müdiri

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Departamentin fəaliyyətinə strateji rəhbərliyi həyata keçirmək, strateji planlaşdırma, biznesin inkişafı və layihələrin idarə edilməsi proseslərini koordinasiya etmək; Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi, yeni bazar imkanlarının müəyyənləşdirilməsi və biznesin inkişaf perspektivlərinin qiymətləndirilməsi üzrə analitik təhlilləri təşkil etmək; Cəmiyyətin ümumi biznes strategiyasının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş strategiyanın icrasını əlaqələndirmək və strateji hədəflərə nailolma səviyyəsini qiymətləndirmək; Yeni biznes imkanlarının müəyyənləşdirilməsi və innovativ layihələrin həyata keçirilməsi üzrə təşəbbüslər irəli sürmək, layihələrin planlaşdırılması, icrası və nəticələrinin qiymətləndirilməsinə rəhbərlik etmək; Bazar tendensiyalarını, rəqabət mühitini və rəqiblərin fəaliyyətini təhlil etmək, əldə olunan nəticələr əsasında biznesin inkişafına yönəlmiş təkliflər hazırlamaq; Potensial tərəfdaşlarla işgüzar danışıqlar aparmaq, əməkdaşlıq imkanlarını qiymətləndirmək və strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını təmin etmək; Biznesin davamlı inkişafı, gəlirliliyin artırılması və əməliyyat proseslərinin optimallaşdırılması istiqamətində təkliflər hazırlamaq və müvafiq təşəbbüslərin icrasını koordinasiya etmək; Departamentin aylıq, rüblük və illik fəaliyyət hesabatlarının hazırlanmasını təşkil etmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək. Tələblər Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznesin idaə edilməsi və s. üzrə); Biznesin inkişafı, strateji planlaşdırma və ya biznes proseslərinin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi; Strateji planlaşdırma, biznes strategiyasının hazırlanması və icrası üzrə nəzəri və praktiki biliklər; Layihələrin idarə edilməsi metodologiyaları üzrə biliklər; PMP sertifikatı, maliyyə modelləşdirilməsi və şirkətlərin dəyərinin qiymətləndirilməsi üzrə bilik və sertifikatlar üstünlükdür; Biznes proseslərinin təhlili, idarə edilməsi və optimallaşdırılması üzrə biliklər; Büdcələşdirmə, xərclərin təhlili, maliyyə modelləşdirilməsi və səmərəlilik göstəricilərinin hesablanması bacarığı; Biznes layihələrinin maliyyə və iqtisadi səmərəliliyini qiymətləndirmək bacarığı; MS Office proqramları, xüsusilə Excel və biznes analitikası alətləri ilə işləmək bacarığı; Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, ingilis dili biliyi üstünlükdür; Yüksək səviyyədə təqdimat və danışıqlar aparmaq, işgüzar münasibətləri effektiv idarə etmək bacarığı; Strateji və innovativ düşüncə, güclü analitik təhlil və problem həll etmə bacarığı; Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük; Komanda ilə işləmək, qərarvermə və dəyişən biznes mühitinə uyğunlaşmaq bacarığı. 5 günlük iş qrafiki İş saatı 09:00-18:00-dək Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.