Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Bravo Supermarket

SƏTƏM üzrə kiçik mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İş sahələrinin auditini aparmaq, hər hansı bir təhlükəli davranış və ya qayda pozuntularının olub-olmadığını yoxlamaq; Fəaliyyətin bütün aspektlərinin riskini və mümkün əmniyyət təhlükələrini qiymətləndirmək; Təhlükəsizlik məlumatı üzrə analitik hesabatlar hazırlamaq; Sahələrin təhlükəsiz olmasını təmin etmək məqsədi ilə sahələrdə və proseslərdə istehsal avadanlıqlarını yoxlamaq; Avadanlıqlara texniki baxış keçirməklə və işçilərə təlim keçməklə profilaktik tədbirlərə diqqət ayırmaq; Müşavirələrdə və ya mühazirə tipli təlim məşğələlərində personalın təhlükəsizlik prinsiplərini təqdim etmək; Sağlamlıq və təhlükəsizlik texnikası və mədəniyyəti ilə bağlı biliyinin yenilənməsi üçün davamlı olaraq təlim və brifinqlərdə iştirak etmək; Təklif edilən təkmilləşdirmə işlərini mövcud infrastruktur və biznes proseslərinin də daxil olduğu sahə təhlükəsizlik planlarını hazırlamaq; İstehsal briqadası və bütün şirkət çərçivəsində təhlükəsizlik standartlarında uyğunluğu təmin etmək məqsəd ilə layihə rəhbərliyi ilə birlikdə informasiya, təklif və müşahidələri paylaşmaq; Bədbəxt hadisələrin və digər təhlükəli şəraitin səbəblərini araşdırdıqdan sonra SƏTƏM üzrə Menecerə bununla bağlı hesabat göndərmək; Kritik sahələrdə gələcəkdə baş verəcək qəzaların qarşısını almaq üçün ən yaxşı yolu tapmaq; Personalın sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etməsini nəzərdən keçirmək və bununla bağlı hesabat təqdim edərək öz tövsiyələrini vermək; Ərazidə həftəlik və gündəlik təftişlər aparmaq, hesabat hazırlamaq və SƏTƏM menecerinə göndərmək; Müxtəlif iş sahələrində gündəlik SƏTƏM brifinqləri keçirmək və hesabat vermək. Tələblər Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına “SƏTƏM üzrə kiçik mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.