Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Ekol Mühəndislik Xidmətləri

SƏTƏMM üzrə inzibatçı

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Bu vəzifə şirkətimizdə əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində inzibati işlərin səmərəli təşkili və hesabatlılıq proseslərinin dəstəklənməsi imkanını verir. Ümumi məlumat: Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi bölməsinin işlərində effektiv inzibati dəstəyin verilməsi. Əsas vəzifələr: Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi bölməsinin ümumi inzibati işlərini yerinə yetirmək; Gündəlik, aylıq və illik hesabatların tərtib edilməsi və hazırlanması; Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi bölməsinin məlumatlarının və hesabatlarının qeydə alınması və onların SƏTƏMM məlumat bazasına daxil edilməsi; Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi bölməsinin reyestrlərini aparmaq və statistik məlumatları hazırlamaq; Gündəlik inzibati məsələlərin icrasında Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi bölməsinin rəisinə dəstək göstərmək. Tələblər Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, kimya, mexanika və ya sənaye mühəndisliyi ixtisası üzrə ali təhsilə malik olmaq arzuolunandır; SƏTƏMM sahəsi üzrə təcrübəyə malik olması üstünlükdür; Ofis proqramlarını (MS Word, MS Excel, MS PowerPoint) və sənəd dövriyyəsi sistemini bilmək tələb olunur; Əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı tənzimləyici sənədlər və praktik biliklərə sahib olmaq vacibdir; İşində dəqiqlik, punktuallıq və operativlik nümayiş etdirmək, ünsiyyət və digər peşəkar bacarıqlara malik olmaq tələb olunur; Prioritet məsələləri effektiv şəkildə idarə etmək bacarığına sahib olmaq önəmlidir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.