Vakansiya haqqında
Titan Group komandası əməkdaşların daşınmasını və şirkətdaxili gündəlik nəqliyyat
ehtiyaclarının təmin edilməsini həyata keçirəcək məsuliyyətli, intizamlı və sürücülük təcrübəsinə malik namizədləri
işə dəvət edir.
Namizəd şəxsi mülkiyyətində olan 6–8 nəfərlik sərnişin tutumuna malik avtomobil
(Mercedes-Benz Vito və ya analoji nəqliyyat vasitəsi) ilə əməkdaşların müəyyən edilmiş marşrut üzrə daşınmasını,
həmçinin gün ərzində şirkətin tapşırıqları əsasında şəhərdaxili gediş-gəlişləri təmin edəcək.
Əsas vəzifə və öhdəliklər:
Səhər saat 08:10-da Qara Qarayev ərazisindən əməkdaşları götürərək Binə qəsəbəsinə
çatdırmaq;
Axşam saat 18:00-da əməkdaşları Binə qəsəbəsindən Qara Qarayev
ərazisinə aparmaq;
İş günü ərzində saat 09:00–16:00 aralığında şirkətin
ehtiyaclarına uyğun olaraq şəhərdaxili gediş-gəlişləri həyata keçirmək;
Nəqliyyat vasitəsinin texniki sazlığını və təmizliyini təmin etmək;
Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etmək;
Əməkdaşların və şirkətə məxsus sənəd və yüklərin təhlükəsiz daşınmasını təmin
etmək;
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə
yetirmək.
Namizədə dair tələblər:
B kateqoriyalı sürücülük vəsiqəsi;
Sürücülük təcrübəsi;
6–8 nəfərlik sərnişin tutumuna
malik şəxsi avtomobilin (Mercedes-Benz Vito və ya analoji nəqliyyat vasitəsi) olması;
Bakı şəhərinin küçə və yollarını yaxşı tanımaq;
Yol
hərəkəti qaydalarına ciddi riayət etmək;
Məsuliyyətli, intizamlı və
punktual olmaq;
Ünsiyyət və davranış mədəniyyətinə malik
olmaq;
Avtomobilin texniki vəziyyətinə diqqətlə
yanaşmaq.
İş şərtləri:
Əmək haqqı: 1 000 AZN;
İş qrafiki:
Həftədə 5 gün;
Nahar: Şirkət tərəfindən təmin
olunur;
Mobil nömrə: Şirkət tərəfindən təmin olunur;
Yanacaq xərcləri: Şirkət tərəfindən qarşılanır.
İş qrafiki və marşrut:
Səhər: 08:10 – Qara Qarayev ərazisindən əməkdaşların götürülməsi və Binə qəsəbəsinə
çatdırılması;
Gün ərzində: 09:00–16:00 – Şirkətin tapşırıqları əsasında
şəhərdaxili gediş-gəlişlər;
Axşam: 18:00 – Əməkdaşların Binə qəsəbəsindən
Qara Qarayev ərazisinə çatdırılması.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı
qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Şəxsi Avtomobili ilə
Sürücü”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
