Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət
edilməsində iştirak etmək;
İşçilərin təhlükəsizlik üzrə
təlimatlandırılmasını təşkil etməsində iştirak etmək;
Tikinti sahələrində
risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görməsində digər xidmət işçilərinə
köməklik etmək;
İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında
iştirak etmək, hesabatlar hazırlamaq;
Subpodratçıların əməyin mühafizəsi
tələblərinə əməl etməsinə nəzarət etmək;
Yanğın təhlükəsizliyi, ekologiya
və tullantıların idarə olunması üzrə tədbirləri icrasında yardımçı olmaq;
Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının təminatı üçün birbaşa rəhbərinə
müraciət etmək;
Xidmətiə aid sənədlərin tərtibatını icra
etmək.
Namizədə tələblər:
Mühəndislik ixtisası üzrə ali təhsil və müvafiq sertifikat və ya Fövqəladə Hallar və
həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil;
Müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi (tikinti sahəsində üstünlük);
Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər;
Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.
İş şəraiti:
İş yeri: Bakı, Zığ qəs.
İş qrafiki: 6
günlük iş həftəsi;
Əmək haqqı: 600 - 800 AZN
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə
kiçik mühəndis”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab
verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
