Vakansiya haqqında
Komandamıza bizimlə birlikdə möhtəşəm layihələrə imza atacaq təcrübəli (mid/senior) Kopirayter axtarırıq.
Tələblər:
Kopirayter kimi 3-4 illik agentlik təcrübəsi;
Sİ alətləri ilə effektiv və “insanbeyinli” işləmək bacarığı;
Azərbaycan dilini hər mövzuda yaza biləcək səviyyədə, ingilis dilini isə araşdırma və təqdimat etmək dərəcədə bilməli;
Kommunikasiyanın təməl prinsiplərinə bələd olmalı;
“Out of box” düşüncə qabiliyyətinə malik olmalı və portfoliosunda bu cür işlərin mövcudluğu;
Böyük brendlər və qlobal markalar ilə işləmək məsuliyyətini anlamalı.
Vəzifə öhdəlikləri
Yerli və qlobal markalar üçün kreativ konseptlərin hazırlanması;
Bütün kommunikasiya məcraları üçün (TV və radio, digital, SM, outdoor, radio) mətnlərin yazılması;
SM üçün kontentin hazırlanması və kopirayterlərə istiqamətin verilməsi;
Rəqəmsal kampaniyalar üçün kreativ ideyaların verilməsi;
Təqdimatların hazırlanması və müştərilərə ideyaların çatdırılması.
Vəd edirik:
Qlobal markalar ilə iş təcrübəsi;
Təcrübə və bacarıq ilə uzlaşan, bazar rəqabətli əməkhaqqı;
Geyimdən fikirlərə qədər sərbəstliyin olduğu mühit;
Şəhərin mərkəzində maraqlı işlərə ilhamlandıran ofis.
Əgər axtardığımız kopirayterin sən olduğunu düşünürsənsə, portfolio və CV-ni “Kopirayter” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Portfoliosuz CV-lərə baxılmır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
