Vakansiya haqqında
Təsvir
Landau Academy-nin kurs və təlim proqramlarının potensial iştirakçılara təqdim edilməsi və satışının həyata keçirilməsi;
WhatsApp, telefon və digər kanallardan daxil olan müraciətlərin vaxtında cavablandırılması və izlənilməsi;
Namizədlərə proqramların məzmunu, qiymətləri, qeydiyyat şərtləri və dərs cədvəlləri barədə dəqiq məlumat verilməsi;
Potensial namizədlərlə ilkin görüş və müsahibələrin təşkilinə, qeydiyyat və ödəniş prosesinə dəstək göstərilməsi;
Namizəd bazasının, satış statuslarının və iştirakçı məlumatlarının mütəmadi yenilənməsi;
Təlim qruplarının yaradılması, iştirakçı siyahılarının hazırlanması və qrup kommunikasiyasının koordinasiyası;
İştirakçıların dərs cədvəli, məkan, dəyişikliklər və təşkilati məsələlər barədə vaxtında məlumatlandırılması;
Təlimçilərlə əlaqələndirmə, dərs materiallarının və təşkilati hazırlığın təmin edilməsinə dəstək;
İştirakçıların sual və müraciətlərinin operativ həlli, xidmət keyfiyyətinin qorunması;
Satış, qeydiyyat, davamiyyət və qrup fəaliyyəti üzrə tələb olunan hesabatların hazırlanması.
Tələblər
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
İngilis dili biliyi;
Satış və müştəriyönümlü ünsiyyət bacarığı;
MS Office / Google Sheets ilə işləmə bacarığı;
Məsuliyyət, dəqiqlik və təşkilatçılıq;
Təhsil və ya kurs satışı sahəsində təcrübə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
