Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Basic Academy →

Xaricdə Təhsil üzrə Mütəxəssis (Ofis daxili)

400

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Xaricdə təhsil almaq istəyən tələbə və valideynlərə ilkin məlumatların verilməsi, düzgün universitet və proqram seçiminə dəstək; Daxil olan zənglərin, sosial media və WhatsApp müraciətlərinin cavablandırılması və ofisə dəvət olunması; Müraciət edən tələbələrin sənədlərinin qəbulu, yoxlanılması və sistemləşdirilməsi; Xarici universitetlərə müraciət (application) prosesinin izlənilməsi və tələbələrlə mütəmadi əlaqənin saxlanılması; Müqavilələrin hazırlanması və müştəri bazasının (CRM / Excel) gündəlik yenilənməsi; Rəhbərliyə görülən işlər və müraciətlərlə bağlı gündəlik/həftəlik hesabatların təqdim edilməsi. Namizədə tələblər: Ali və ya natamam ali təhsil; İngilis dili biliyi (ilkin/orta səviyyədə – yazışmaları və sənədləri anlamaq üçün); Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; MS Office proqramları (xüsusilə Word və Excel) ilə işləmək bacarığı; Yüksək ünsiyyət, inandırma və komanda ilə işləmək bacarığı; Məsuliyyətli, punktual və detallara qarşı diqqətli olmaq. Qeyd: Xaricdə təhsil və ya satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək İş şəraiti və əməkhaqqı: İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 17:00 (1 saat nahar fasiləsi daxil); İstirahət günləri: Şənbə və bazar; Əməkhaqqı: 400 AZN (sabit) + hər qeydiyyatdan yüksək bonuslar. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər. Mövzu hissəsində "Xaricdə təhsil mütəxəssisi" qeyd olunması xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.