Vakansiya haqqında
Təsvir
Təzə toyuq və yumurta bazarının, qiymətlərin və rəqiblərin mütəmadi araşdırılmasını həyata keçirmək;
Kateqoriya üzrə gündəlik satış, stok, tələb və qiymət göstəricilərini təhlil etmək;
Tədarükçülərlə işgüzar danışıqlar aparmaq, sərfəli əməkdaşlıq şərtlərinin əldə olunmasını təmin etmək;
Məhsulların fasiləsiz təminatını, optimal stok səviyyəsini və tədarük prosesinin səmərəliliyini təmin etmək;
Məhsul itkisi və imha həcminə nəzarət etmək, itkilərin azaldılması üçün tədbirlər görmək;
Kateqoriyanın satış və gəlirliliyini artırmaq məqsədilə inkişaf strategiyaları və innovativ təşəbbüslər hazırlamaq;
Məhsulun keyfiyyətinə, təzəliyinə və saxlanma tələblərinə riayət olunmasına nəzarət etmək.
İş qrafiki: 5 Gün; 09:00-18:00
Tələblər
Təhsil: Ali təhsil (biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə arzuolunandır);
Təcrübə: Satınalma, kateqoriya idarəetməsi sahəsində minimum 4-5 il iş təcrübəsi;
Üstünlükdür: Retail/FMCG sektorunda, xüsusilə təzə toyuq və yumurta kateqoriyası üzrə iş təcrübəsi.
Kompüter bilikləri: MS Excel üzrə yaxşı səviyyədə bilik;
Peşəkar biliklər: Bazar və rəqib təhlili, qiymət formalaşdırılması, stok və satış göstəricilərinin təhlili üzrə bilik və təcrübə
Tədarükçülərlə danışıqlar aparmaq və sərfəli kommersiya şərtləri əldə etmək bacarığı;
Şəxsi keyfiyyətlər: Analitik düşüncə, məsuliyyətlilik, təşəbbüskarlıq, nəticəyönümlülük və ünsiyyət bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat xidməti
karyera imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
