Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Modern Engineering Bureau of Azerbaijan

Satınalma sektorunun müdiri

Maaş göstərilməyib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Satınalma sektorunun fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət; Layihələr və struktur bölmələr üzrə satınalma tələbatlarının müəyyənləşdirilməsi, satınalma planlarının və təchizat qrafiklərinin hazırlanması; Material, avadanlıq və xidmətlər üzrə texniki tələblərin aidiyyəti bölmələrlə dəqiqləşdirilməsi və qiymət sorğularının hazırlanması; Yerli və xarici bazarların araşdırılması, alternativ təchizatçı və istehsalçıların müəyyən edilməsi, təchizatçı bazasının yaradılması və yenilənməsi; Təkliflərin qiymət, texniki uyğunluq, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisəsinin təşkili; Təchizatçı və podratçılarla kommersiya danışıqlarının aparılması, əlverişli qiymət və müqavilə şərtlərinin razılaşdırılması; Satınalma sifarişlərinin və müqavilələrin hazırlanmasının əlaqələndirilməsi, təsdiq prosesinin və müqavilə öhdəliklərinin icrasının izlənilməsi; Sifarişlərin istehsal, yoxlama, daşınma və təhvil mərhələlərinin izlənilməsi, gecikmə və uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlərin görülməsi; Logistika, anbar, maliyyə və texniki bölmələrlə satınalma proseslərinin əlaqələndirilməsi; Satınalma xərclərinin təsdiqlənmiş büdcəyə uyğunluğuna nəzarət və xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi, satınalma risklərinin müəyyən edilməsi və alternativ təchizat imkanlarının təmin olunması; Satınalma fəaliyyəti, sifarişlərin vəziyyəti və əldə edilmiş qənaət üzrə hesabatların rəhbərliyə təqdim edilməsi. Namizədə olan tələblər: Satınalma və təchizat sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; Neft-qaz, tikinti və ya sənaye layihələri üzrə satınalma təcrübəsi; Yerli və beynəlxalq satınalma prosesləri, müqavilə şərtləri və Incoterms üzrə biliklər; Texniki spesifikasiyalar və kommersiya təklifləri ilə işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı; Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür; Komandanın idarə edilməsi, danışıqların aparılması, analitik düşünmə və operativ qərarvermə bacarığı. Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Satınalma sektorunun müdiri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.