Vakansiya haqqında
Təsvir
İllik büdcə, proqnoz və uzunmüddətli maliyyə planlarının hazırlanması və yenilənməsi;
Mənfəət və zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatları üzrə maliyyə modellərinin hazırlanması;
Faktiki nəticələrin büdcə, proqnoz və əvvəlki dövrlə müqayisəli təhlili;
Ehtiyatlar, debitor və kreditor borclarının təhlili, dövriyyə kapitalı və pul axını proqnozlarının hazırlanması;
Aylıq idarəetmə və analitik hesabatların hazırlanması;
Maliyyə və mühasibat uçotu strukturunun, hesablar planının və analitik uçotun qurulmasında iştirak;
Ehtiyatlar, maya dəyəri, gəlirlər, debitor/kreditor borcları və əsas vəsaitlər üzrə uçot proseslərinin təkmilləşdirilməsində iştirak;
Ay sonu bağlanış prosesində əsas hesabların üzləşdirilməsi və analitik təhlili;
ERP/1C sistemində maliyyə və idarəetmə hesabatlılığı strukturunun qurulmasında iştirak;
Maliyyə proseslərinin avtomatlaşdırılması, daxili nəzarətlərin təkmilləşdirilməsi və digər funksiyalarla əməkdaşlıq.
Tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
FP&A, maliyyə təhlili, idarəetmə hesabatlılığı və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
Maliyyə və mühasibat uçotu prinsipləri, ikili yazılış sistemi və maliyyə hesabatları üzrə güclü bilik;
Büdcələmə, proqnozlaşdırma və maliyyə modelləşdirilməsi üzrə praktiki təcrübə;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
ERP/1C və ya digər mühasibat sistemləri ilə iş təcrübəsi;
Böyük həcmli maliyyə məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyən etmək və nəticə çıxarmaq bacarığı;
Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
Müxtəlif funksiyalarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür;
ACCA, CIMA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil/təcrübə üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
