Vakansiya haqqında
Təsvir
Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS/IFRS) uyğun maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
Maliyyə hesabatlarının düzgünlüyünü, tamlığını və müvafiq standartlara uyğunluğunu yoxlamaq;
Mühasibat uçotu məlumatlarını, hesab qalıqlarını və maliyyə əməliyyatlarını təhlil etmək;
Maliyyə hesabatlarında səhvləri, uyğunsuzluqları və potensial riskləri müəyyən etmək;
Mühasibat uçotu və maliyyə hesabatlığı üzrə daxili nəzarət prosedurlarının effektivliyini qiymətləndirmək;
Aşkar edilmiş nöqsanların səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün əsaslandırılmış düzəlişlər təklif etmək;
Maliyyə məlumatlarının və hesabların üzləşdirilməsini həyata keçirmək, uyğunsuzluqları araşdırmaq;
Maliyyə proseslərində nəzarət boşluqlarını müəyyən etmək və onların təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlamaq;
Maliyyə hesabatları üzrə yoxlama və analitik prosedurları həyata keçirmək;
Xarici audit prosesində iştirak etmək, tələb olunan məlumatların və sənədlərin hazırlanmasını təmin etmək;
Audit nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasını izləmək.
Tələblər
Maliyyə, mühasibat uçotu, audit və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə hesabatlığı, IFRS və ya audit sahəsində minimum 3 il müvafiq iş təcrübəsi;
Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) üzrə praktiki bilik;
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə;
Mühasibat uçotu prinsipləri və daxili maliyyə nəzarəti prosedurları üzrə bilik;
Maliyyə məlumatlarında səhvləri, uyğunsuzluqları və riskləri müəyyən etmək bacarığı;
Aşkar edilmiş problemlərin aradan qaldırılması üçün əsaslandırılmış həll yolları təklif etmək bacarığı;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
Audit şirkətində və ya maliyyə hesabatlığı sahəsində iş təcrübəsi üstünlükdür;
ACCA (FR, AA, SBR), DipIFR və ya digər müvafiq peşəkar kvalifikasiyalar üstünlükdür;
Analitik düşüncə, detallara diqqət və müstəqil işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
