Vakansiya haqqında
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km
Tələblər:
CIPS sertifikasiyasına üstünlük verilir;
İqtisadi sahədə (Maliyyə, Mühasibatlıq, Audit və s. ) ali bakalavr təhsili;
Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
CIA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək;
Süni İntellekt alətləri və onların audit fəaliyyətində tətbiqi üzrə biliklərə malik olmaq üstünlükdür.
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Daxili audit layihələrinin aparılmasında iştirak etmək;
Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtibində iştirak etmək və icrasına məsul olmaq;
Dövri olaraq daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında işçi faylları, memorandumlar, aktlar və s. hazırlamaq;
Daxili audit tapşırıqları zamanı risklərin qiymətləndirilməsini aparmaq;
Audit olunan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
Audit layihələri üzrə hesabatları düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
Daxili auditin aparılması üzrə yeni istiqamətlərin və qabaqcıl təcrübənin mütəmadi olaraq öyrənilməsi;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi siğorta
Nəqliyyat
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
