Vakansiya haqqında
"AZERA HOLDİNG" tərkibindəki “Katan Tekstil” MMC-də İcraçı direktor vakansiyasını elan edir.
İş barədə məlumat:
Şirkətin strateji məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyətinin idarə edilməsi və optimallaşdırılması;
Tekstil üzrə istehsal proseslərinin, resursların və işçi heyətinin effektiv idarə olunması, məhsuldarlığın artırılması;
Keyfiyyət standartlarına və bazar tələblərinə uyğun məhsul istehsalının təmin edilməsi, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi;
İstehsalatda innovativ həllərin tətbiqi ilə xərclərin azaldılması və effektivliyin artırılması;
Şirkətin maliyyə fəaliyyətlərinə nəzarət, büdcə planlaması və icrasının təmin edilməsi;
Müəssisənin inkişaf planlarının hazırlanması və strateji qərarların icrası;
Biznes əlaqələrinin genişləndirilməsi, tədarükçülər, müştərilər və tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqların qurulması;
İnsan resurslarının idarə edilməsinə dəstək və işçi heyətinin təlim və inkişafı üçün şəratin qurulmasının tətbiqi;
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi və risklərin idarə olunması və korporativ siyasətlərin icrasına nəzarət.
Tələblər:
Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznesin İdarə Edilməsi, İstehsalın İdarə Edilməsi və ya uyğun sahələr üzrə)
İş təcrübəsi: Tekstil və ya istehsalat sahəsində ən azı 5 illik rəhbər vəzifədə iş təcrübəsi
Dil bilikləri: Azərbaycan , Rus və İngilis dili səlis danışıq və yazı
Proqram bilikləri: MC ofis proqramları , 1C üzrə biliklər
Əlavə təlim və sertifikasiya: Certified Textile Professional (CTP), Project Management Professional (PMP) – Layihə idarəetməsi üzrə beynəlxalq sertifikat, Certified Manager (CM) – idarəetmə üzrə peşəkar sertifikat, Six Sigma (Green/Black Belt) – istehsal proseslərinin optimallaşdırılması və israfın azaldılması üçün tətbiq edilən metodologiyanı əhatə edən sertifikatlar arzuolunandır.
Bəy namizədlərə üstünlük verilir.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
5 günlük iş qrafiki
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməniz xahiş edilir
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
