Vakansiya haqqında
Təsvir
Java (11/17/21) və Spring Boot texnologiyalarından istifadə etməklə yüksək yüklü backend sistemlərinin dizaynı, hazırlanması;
Mikroservis arxitekturasının dizaynı, texniki qərarların qəbulu və arxitektura standartlarının müəyyən edilməsi;
REST API-ların dizaynı, versiyalaşdırılması və performansının optimallaşdırılması;
Sistemlərin miqyaslana bilməsi (Scalability), etibarlılığı (Reliability) və təhlükəsizliyinin təmin edilməsi;
PostgreSQL və Oracle verilənlər bazaları ilə işlənilməsi, sorğuların optimallaşdırılması;
RabbitMQ, Apache Kafka və Redis texnologiyaları üzrə biliklər;
Bank sistemləri və inteqrasiya platformaları ilə mürəkkəb inteqrasiyalarının qurulması;
Code Review proseslərinin aparılması, Clean Code və qabaqcıl təcrübələrin (Best Practices) komandada tətbiqinin təmin edilməsi.
Tələblər
Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya digər əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür);
Backend proqram təminatının hazırlanması sahəsində minimum 2–5 il iş təcrübəsi;
Java Core və Spring Boot texnologiyaları üzrə dərin biliklər;
Hibernate/JPA ilə işləmə, verilənlər bazası performansının optimallaşdırılması üzrə təcrübə;
Mikroservis arxitekturasının dizaynı və layihələndirilməsi üzrə praktiki təcrübə;
Əlaqəli verilənlər bazaları (PostgreSQL, Oracle) üzrə dərin biliklər;
Git versiya nəzarət sistemi və CI/CD prosesləri ilə işləmə təcrübəsi;
Maven və ya Gradle build alətləri ilə işləmə təcrübəsi;
Multithreading, Concurrency və Transaction Management üzrə dərin biliklər;
System Design prinsipləri və yüksək yüklü (High-load) sistemlər üzrə təcrübə;
Keycloak ilə praktiki iş təcrübəsi üstünlükdür;
API Gateway həlləri (Gravitee və ya oxşar platformalar) ilə iş təcrübəsi üstünlükdür;
Camunda (BPMN) platformasında biznes proseslərinin avtomatlaşdırılması üzrə təcrübə üstünlükdür;
Docker və konteyner orkestrasiya platformaları üzrə biliklər üstünlükdür;
Monitoring və Observability alətləri (Prometheus, Grafana, ELK) ilə işləmə təcrübəsi üstünlükdür;
Agentic AI alətlərindən və funksiyalarından (Agents, MCP, Hooks, Rules, Skills, Commands və s.) effektiv istifadə bacarığı.
Şəxsi bacarıqlar:
Komandaya texniki liderlik və mentorluq etmək bacarığı;
Mürəkkəb texniki problemləri həll etmək texniki qərarlar qəbul etmək bacarığı;
Komanda daxilində və müxtəlif funksional komandalarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
Nəticəyönümlü, məsuliyyətli, təşəbbüskar və yüksək özünütəşkil bacarığı;
Yeni texnologiyaları, alətləri və yanaşmaları öyrənməyə, tətbiq etməyə və əldə olunan bilikləri komanda ilə paylaşmağa yüksək motivasiya.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
