Vakansiya haqqında
BOKT “Caspian İnvest” MMC “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
İnformasiya təhlükəsizliyi üzrə gündəlik işlərə dəstək olmaq;
Təhlükəsizlik sistemlərindən daxil olan məlumatların ilkin yoxlanılmasında iştirak etmək;
İstifadəçi girişləri və hesablarla bağlı proseslərə dəstək olmaq;
Aşkar edilmiş təhlükəsizlik problemlərinin qeydiyyatına və izlənilməsinə kömək etmək;
Təhlükəsizlik yoxlamaları zamanı məlumatların toplanmasına dəstək olmaq;
İnformasiya təhlükəsizliyi üzrə sənədlərin hazırlanmasına və yenilənməsinə kömək etmək;
İnformasiya təhlükəsizliyi maarifləndirmə tədbirlərində iştirak etmək.
İş şərtlərimiz:
Əmək haqqı: 570 Azn Gross
İş vaxtı: 9.00 – 18.00
İstirahət günləri: Şənbə və Bazar günü.
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər:
İT, informasiya təhlükəsizliyi və ya əlaqəli sahədə təhsil alan və ya yeni məzun;
Kompüter və İT sistemləri haqqında ümumi anlayış;
Windows və Linux haqqında ilkin bilik;
Şəbəkə və informasiya təhlükəsizliyinin əsasları haqqında ilkin anlayış;
MS Office proqramlarından istifadə bacarığı;
Öyrənməyə həvəsli və məsuliyyətli olmaq;
Analitik düşüncə və komandada işləmək bacarığı;
Azərbaycan dili yaxşı səviyyədə;
İngilis dilində texniki sənədləri oxuya bilmək üstünlükdür.
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
