Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin daxili İT infrastrukturunun, kompüterlərin, serverlərin və şəbəkə sistemlərinin idarə olunması və texniki dəstəyinin təmin edilməsi;
Windows əməliyyat sistemlərinin və Microsoft 365 platformalarının quraşdırılması, sazlanması və idarə olunması;
Şirkətin LAN, WAN, VPN və Wi-Fi şəbəkələrinin qurulması, sazlanması və texniki xidmətinin həyata keçirilməsi;
Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə İT və şəbəkə həllərinin hazırlanması və tətbiqi;
Layihə obyektlərində şəbəkə infrastrukturunun qurulması, IP ünvanlama planlarının hazırlanması və şəbəkə avadanlıqlarının sazlanması;
CCTV, IP videomüşahidə, NVR/DVR, Access Control, IP telefoniya və digər zəif axın sistemlərinin şəbəkəyə inteqrasiyası və konfiqurasiyası;
Strukturlaşdırılmış Kabel Sistemləri (SCS), LAN və Fiber Optik şəbəkə infrastrukturu üzrə texniki işlərin həyata keçirilməsi;
Layihələr çərçivəsində quraşdırılan İT və şəbəkə avadanlıqlarının test edilməsi, sazlanması və istismara verilməsi;
Layihələr üçün texniki tələblərə uyğun İT və şəbəkə avadanlıqlarının seçilməsində iştirak edilməsi;
Texniki sənədlərin, şəbəkə sxemlərinin, IP ünvanlama planlarının və avadanlıq siyahılarının hazırlanması;
Layihə obyektlərində yaranan texniki problemlərin operativ şəkildə aşkarlanması və aradan qaldırılması;
Şirkət əməkdaşlarına texniki dəstəyin göstərilməsi və daxil olan müraciətlərin cavablandırılması;
Antivirus, Firewall, məlumatların ehtiyat nüsxələnməsi (Backup) və informasiya təhlükəsizliyi sistemlərinə nəzarət edilməsi;
İT avadanlıqlarının, proqram təminatlarının və lisenziyaların uçotunun aparılması.
Namizədə dair tələblər
İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
İT sahəsində minimum 2 il iş təcrübəsi;
Şəbəkə sistemlərinin qurulması, konfiqurasiyası və texniki dəstəyi üzrə praktiki biliklər;
Active Directory və Microsoft 365 üzrə biliklər;
TCP/IP, VLAN, Routing, Switching, DHCP, DNS və VPN texnologiyaları üzrə biliklər;
MikroTik, Cisco, Fortinet və ya digər şəbəkə avadanlıqları ilə işləmək bacarığı;
CCTV, IP kameralar, NVR/DVR və Access Control sistemlərinin iş prinsipləri və şəbəkəyə inteqrasiyası üzrə biliklər;
PoE texnologiyası, UTP/FTP və Fiber Optik kabel infrastrukturu üzrə biliklər;
Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) üzrə bilik və praktiki bacarıqlar;
İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki problemlərin aradan qaldırılması bacarığı;
Texniki sənədləri ingilis dilində oxuma və anlama bacarığı;
Analitik düşüncə, operativ qərarvermə və problemlərin həlli bacarığı;
Komandada işləmək və layihə heyəti ilə koordinasiyanı təmin etmək bacarığı;
Layihə obyektlərində texniki işlərin həyata keçirilməsinə və ezamiyyətlərə hazır olmaq.
Üstünlüklər
Hikvision, Dahua, ZKTeco, Suprema və digər təhlükəsizlik sistemləri istehsalçılarının avadanlıqları ilə iş təcrübəsi;
Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə layihələrdə iştirak təcrübəsi;
Strukturlaşdırılmış Kabel Sistemləri (SCS) və Fiber Optik sistemlər üzrə sertifikatların olması;
İş şəraiti
İş yeri: Bakı şəhəri;
5 günlük iş həftəsi;
Əmək haqqı: 1000-1500 Azn (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır)
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnformasiya Texnologiyaları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
