Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Karo JV Azerbaijan

Çilingər

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər: Əsas və yardımçı istehsalat avadanlıqlarının, maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək; Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək; Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək; Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək; Tələblər: Orta-ixtisas təhsili. Minimum 3 illik təcrübə. İş şəraiti: 6 günlük iş qrafiki: saat 09:00-17:00; Əmək haqqı: 800 AZN; İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km. (İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək) Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək. Uyğun namizədlərdən CV-lərini “Çilingər” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.