Vakansiya haqqında
İş şəraiti
Bölmə: Təmir və baxım
İş yeri: Xırdalan, Bakı
İş rejimi: Həftədə 6 gün (bazar günü istirahət)
Vakant yer: 1 nəfər
Vəzifə öhdəlikləri:
İstehsalat avadanlıqlarının, nasos və klapan sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək
Elektrik xətləri, idarəetmə panelləri, mühərriklər, sensor və avtomatika elementlərinin sazlığına nəzarət etmək
Elektrik və mexaniki nasazlıqları operativ aşkar edib aradan qaldırmaq
Planlı profilaktik təmir-baxım (PPR) işlərini vaxtında aparmaq, ehtiyat hissələrini dəyişmək
Texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək
Namizədə tələblər:
Sahə üzrə 3–5 il iş təcrübəsi
Sənaye elektrik avadanlıqlarını, elektrik sxemlərini, tezlik çeviricilərini (inverter) və idarəetmə şkaflarını bilmək
Multimetr, meqometr kimi ölçü-nəzarət cihazlarından və çilingər alətlərindən peşəkar istifadə etmək
Texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və 1000 V-a qədər elektrik qurğularında iş qaydalarını bilmək
Məsuliyyətli və diqqətli olmaq, nasazlıqları tez həll edə bilmək, komandada intizamla işləmək
Üstünlük verilir:
İstehsalat müəssisəsində iş təcrübəsi
Elektrik təhlükəsizliyi üzrə buraxılış vəsiqəsi (qrupu)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində “Elektrik-Çilingər” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
