Vakansiya haqqında
Motor Clinic MMC minik avtomobillərinin təmiri və texniki xidməti sahəsində təcrübəli, peşəkar və işinə məsuliyyətlə yanaşan Çilingər axtarır.
Vəzifə öhdəlikləri:
Minik avtomobillərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
Mexaniki hissələrin təmiri və zərurət olduqda dəyişdirilməsi;
Avtomobillərə texniki baxışın keçirilməsi və profilaktik işlərin görülməsi;
Təmir avadanlıqlarından düzgün və təhlükəsiz istifadə edilməsi;
Görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizlik qaydalarına riayət olunması.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
Avtomobillərin mexaniki sistemləri üzrə texniki bilik və praktiki bacarıqlar;
Nasazlıqları düzgün müəyyən etmək və aradan qaldırmaq bacarığı;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Komandada işləmək bacarığı;
İşinə ciddi və peşəkar yanaşmaq.
İş şəraiti:
İş qrafiki: 09:00–18:00;
İş günləri: Həftədə 6 gün;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə;
Stabil iş yeri və normal iş şəraiti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
