Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Azinko Development

Usta - mexanik

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Struktur: Texniki şöbə İşəgötürən: “Azinko Development” MMC Ünvan: Bakı şəhəri, Flame Towers Tələblər: Orta texniki və ya peşə təhsili (mexanika, istilik-soyutma, santexnika və ya əlaqəli sahələr üzrə); Minimum 2-3 il yaşayış və ya kommersiya obyektlərində mexaniki sistemlər üzrə təcrübə; HVAC, nasos, məişət suyu və kanalizasiya sistemləri üzrə praktiki bilik və bacarıq; Sadə texniki sənədləri və sxemləri başa düşmək və tətbiq etmək qabiliyyəti; Praktiki təmir, diaqnostika və nasazlıq aradan qaldırma bacarığı; Fəal, məsuliyyətli, komanda ilə işləmək bacarığı; Dəqiq və operativ yanaşma bacarığı. Vəzifə öhdəlikləri: Kompleksdəki isitmə-soyutma (HVAC), ventilyasiya, nasos, məişət suyu və kanalizasiya sistemlərinin gündəlik texniki xidməti və təmiri; Qazanxana, soyuq hava generatorları (chillerlər), hava emal qurğuları (AHU) və digər mexaniki avadanlıqların müntəzəm baxışı və təmiri; Otel, yaşayış və biznes sahələrində texniki nasazlıqların vaxtında aradan qaldırılması; Sistemlərin işlək vəziyyətdə saxlanılması və planlı təmir işlərinin həyata keçirilməsi; Sadə texniki sxemləri oxumaq və tətbiq etmək; Mühəndis heyətinin göstərişlərinə uyğun işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək; Texniki təhlükəsizlik qaydalarına riayət etmək. Yarana biləcək hər hansı təhlükə barədə rəhbərliyə məlumat vermək; Rəhbərlik tərəfindən verilən təlimatları zamanında və əksiksiz yerinə yetirmək; Təminatlar: Şirkət tərəfindən qidalanma ilə təmin edilir; Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Usta-mexanik” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.