Vakansiya haqqında
İş şəraiti
İş yeri: Zəngilan şəhəri
Layihə: Çirkab su təmizləyici qurğuların tikintisi
Vakansiya sayı: 1 nəfər
Əməkhaqqı: 1800 AZN NET
Vəzifə öhdəlikləri
Nasosların, elektrik mühərriklərinin və digər mexaniki avadanlıqların quraşdırılması və montajı.
Texnoloji boru xətlərinin, flansların, siyirtmələrin, armaturların və digər mexaniki elementlərin montajı.
Avadanlıqların səviyyələnməsi, mərkəzləşdirilməsi, bərkidilməsi və sazlanması.
Texniki çertyojların və montaj sxemlərinin oxunması.
Mexaniki avadanlıqların sınaqlara və istismara hazırlanması.
İşin tələbatına uyğun olaraq digər boru, metal konstruksiya və ümumi tikinti-montaj işlərinə kömək göstərilməsi.
Namizədə tələblər
Mexaniki montaj sahəsində minimum 2 il iş təcrübəsi.
Nasos və mühərrik montajı üzrə praktiki biliklər.
Texniki çertyojlarla işləmək bacarığı.
Əl və elektrik alətlərindən təhlükəsiz istifadə bacarığı.
Komanda ilə işləmək, məsuliyyət və intizam.
Əsas ixtisasından əlavə, digər sahə işlərində iştirak etməyə hazırlıq.
Şirkət tərəfindən təmin edilir
Rəsmi əmək müqaviləsi.
Tikinti düşərgəsində yaşayış.
Gündə 3 dəfə qidalanma.
İş geyimi və fərdi mühafizə vasitələri.
İş üçün tələb olunan alət və avadanlıqlar.
İş rejimi: Layihənin təsdiq olunmuş iş qrafikinə uyğun ayda 4 istirahət günü.
Əlaqə: +994 10 236 76 57
Müraciət zamanı iş təcrübənizi və əvvəl iştirak etdiyiniz layihələri qeyd etməyiniz xahiş olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
