Vakansiya haqqında
PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Restoran, kafe, gözəllik salonu, klinika, otel və digər bizneslər PeakPin-də öz profilini yaradır və yaxınlıqdakı müştərilərə kampaniya və tədbirlərini göstərir. Yeni yaradılan Korporativ müştərilərə xidmət şöbəmizə Bakıda və bölgələrdə tərəfdaş məkanlarımızla işləyəcək mütəxəssislər axtarırıq.
Qeyd - Bakı şəhəri üzrə yalnız xanım namizədlərin CV-lərinə baxılır.
Vəzifə öhdəlikləri:
Təhkim olunduğunuz zonada yeni qoşulan məkanlarla 24 saat ərzində əlaqə saxlamaq;
Məkan profilinin (foto, iş saatları, xəritədə yer, kateqoriya) düzgün tamamlanmasına kömək etmək;
Məkan sahiblərinə tətbiqin imkanlarını (kampaniyalar, tədbirlər, PinBox, növbə, statistika) izah etmək və ilk kampaniyanı birlikdə qurmaq;
Başlanğıc pulsuz dövr bitməzdən əvvəl məkan sahibi ilə nəticələri müzakirə etmək və abunəyə keçidə dəstək olmaq;
Tərəfdaşlarla müntəzəm əlaqə saxlamaq, onların məmnuniyyətini və abunənin yenilənməsini izləmək;
Lazım olduqda məkanlara səfər etmək (təqdimat, quraşdırmaya kömək);
Bütün əlaqə və görüşləri daxili portalda qeyd etmək.
Tələblər:
Azərbaycan dilində səlis və inandırıcı nitq, rus dili üstünlükdür;
Biznes sahibləri ilə peşəkar və hörmətli ünsiyyət qura bilmək;
Müştəri xidmətləri, korporativ müştərilərlə iş və ya hesab idarəçiliyi sahəsində təcrübə üstünlükdür;
Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri;
Nəticəyə yönəlik, məsuliyyətli və nizam-intizamlı olmaq;
Bölgə vakansiyaları üçün: həmin bölgədə yaşamaq və bölgəni yaxşı tanımaq; sürücülük vəsiqəsi üstünlükdür.
Təminatlar və iş şəraiti:
Rəsmi əmək müqaviləsi və sosial sığorta;
Əməkhaqqı: 700 AZN (başlanğıc) + abunəyə keçən və qalan hər tərəfdaş məkana görə aylıq bonus;
Yeni şöbədə ilk komanda olmaq — rəhbər vəzifələrə yüksəlmək üçün real imkan;
İş qrafiki: həftədə 40 saat — bazar ertəsi–cümə 09:00–17:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00, bazar günü istirahət.
İş yeri:
Bakı (10 vakansiya): Bakı ş., Ofis , hər əməkdaşa bir zona;
Bölgələr (15 vakansiya): Sumqayıt, Şamaxı, Qəbələ, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala, Gəncə–Göygöl, Masallı, Lənkəran, Astara, Lerik — əməkdaş öz bölgəsində işləyir, ofisə gəlmək tələb olunmur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
