Vakansiya haqqında
Təsvir
İstehsal olunan məhsulların və satın alınan xammalın keyfiyyətinə nəzarət prosesini təşkil etmək;
İstehsalat Sınaq Laboratoriyasının fəaliyyətinə rəhbərlik etmək, sınaqların düzgün icrasını və nəticələrin etibarlılığını təmin etmək;
Zay məhsul və uyğunsuzluqların səbəblərini təhlil etmək, kök səbəb analizi aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
Müştəri şikayətləri və reklamasiya hallarının araşdırılmasını təşkil etmək;
Laboratoriyanın ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiya prosesini təşkil etmək və auditlər zamanı laboratoriyanı təmsil etmək;
Ölçmə və sınaq vasitələrinin kalibrlənməsi və metroloji nəzarətini təmin etmək;
SAP ERP sistemi üzərindən keyfiyyətə nəzarət proseslərinin və məlumatların düzgün qeydiyyatını izləmək;
Keyfiyyətə nəzarət proseslərinin davamlı təkmilləşdirilməsini təmin etmək;
Tabeliyində olan əməkdaşların fəaliyyətini idarə etmək və iş bölgüsünü təşkil etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək.
Tələblər
Metallurgiya, standartlaşdırma və metrologiya, idarəetmə və ya uyğun texniki istiqamət üzrə ali təhsil;
Keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Metallurgiya, materialşünaslıq və polad istehsalı prosesləri üzrə güclü texniki biliklər;
Mexaniki sınaqlar, kimyəvi və spektral analizlər üzrə bilik və təcrübə;
ISO 9001 və ISO/IEC 17025 standartları üzrə bilik və tətbiq bacarığı;
ISO 14001 və ISO 45001 standartları üzrə biliklərin olması üstünlükdür;
Uyğunsuzluqların idarə olunması, kök səbəb analizi və düzəldici tədbirlərin hazırlanması bacarığı;
Komanda idarəetməsi, analitik düşünmə və problem həll etmə bacarıqları;
Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.
İş yeri: Sumqayıt şəhəri
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
