Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
Gecikmələrin Proqnozlaşdırılmasını həyata keçirir;
Layihə Planlama Primavera P6 proqramını tərtib edir;
Podratçıların apardığı işlərin plan qeydiyyat və plan işi üzrə işlərin görülməsinə nəzarət edir.
Namizədə tələblər:
Ali təhsil (İnşaat üzrə)
Müvafiq sahə üzrə minumum 2 il iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
MS Office (Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli;
Primavera və ya MS Project proqramlarından birini yaxşı səviyyədə bilməli;
Yüksək səviyyədə analitik-riyazi biliklər;
Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
İnşaat norma və qaydalarını bilməli;
İşə planlı yanaşma, vaxtı idarəetmə bacarıqları;
Komanda ilə işləmə və effektiv kommunikasiya bacarıqları;
Azərbaycan dili səlis, rus və və ya ingilis dili biliyi üstünlükdür.
Əlavə məlumat
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
İş rejimi: 6 günlük iş qrafiki
İş yeri: İş yeri: Zığ qəsəbəsi.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Planlama mühəndisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
