Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kristal

Planlama mühəndisi

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Layihə çizgilərini incələmək, iş tiplərinə görə iş bölgüsü strukturunu və fəaliyyət siyahısını hazırlamaq; Primavera P6 və MS Project proqramlarında əsas (baseline) icra qrafikini qurmaq; Podratçıların iş və qiymət qrafiklərini təhlil etmək (zaman və qiymət müqayisəsi) və ümumi qrafiklə uzlaşdırmaq; Material və avadanlıq tədarükü üçün satınalma qrafikini hazırlamaqda iştirak etmək; Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq, faktiki məlumatları həftəlik toplamaq və qrafiki yeniləmək; Faktiki icranı baseline ilə müqayisə etmək, gecikmələri və onların səbəblərini aidiyyəti üzrə müəyyən edib rəhbərliyə təqdim etmək; Gecikmə riski yaranan işlər üzrə bərpa (recovery) planı təklif etmək; Sahə görüşlərində və həftəlik iclaslarda iştirak etmək, iclas qərarlarını qrafikə əks etdirmək; Həftəlik və aylıq irəliləmə hesabatlarını, rəhbərlik üçün əsas göstəricilər üzrə qısa icmal (dashboard) hazırlamaq; Gündəlik sahə hesabatlarının və icra aktlarının qrafiklə uyğunluğunu yoxlamaq; Tikinti sahəsində plan üzrə icranı yerində yoxlamaq. Tələblər Ali təhsil (inşaat mühəndisliyi ixtisası üzrə); Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması; İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması; Yaxşı səviyyədə Excel biliklərinin olması (icmal cədvəllər və formulalarla qısa zaman çərçivəsində işləmə bacarığı); Daimi bilik və bacarıqlarını inkişaf etdirməli; Yüksək səviyyədə araşdırma bacarıqların olması; Ən az bir Tikinti layihəsi başlanğıcından sonuna qədər planlanması və izlənilməsində iştirak etmək iş ardıcıllıqlarını bilmək,işçi əmək tutum norma və standartlarını bilmək . 6 günlük iş qrafiki; İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.