Vakansiya haqqında
MixPro komandası böyüyür!
Xaricdə təhsil sahəsində təcrübəniz varsa, xüsusilə Avropa ölkələrində universitetə qəbul proseslərinə və tələbə müraciətlərinə hakimsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Tələbələrin Avropa ölkələrində universitetlərə qəbul prosesinin idarə olunması;
Universitet və təhsil müəssisələri ilə yazışmaların və əlaqələrin aparılması;
Tələbələrə ixtisas, universitet və ölkə seçimi üzrə konsultasiya verilməsi;
Qəbul şərtləri, sənədlər, deadline-lar və müraciət prosedurlarının izlənilməsi;
Universitetlərə müraciətlərin hazırlanması və təqdim edilməsi;
Offer letter, admission və digər qəbul sənədləri ilə iş;
Tələbələrin müraciət prosesinin ilkin mərhələdən qəbuladək koordinasiyası;
Avropa universitetləri və qəbul tələbləri üzrə araşdırmaların aparılması;
Mövcud tərəfdaş universitetlərlə işin koordinasiyası və yeni universitetlərin araşdırılması;
Tələbə bazasının və müraciət statuslarının mütəmadi yenilənməsi.
Namizədə tələblər:
Xaricdə təhsil sahəsində praktiki iş təcrübəsi;
Xüsusilə Avropa ölkələrində bakalavr və magistr qəbul prosesləri haqqında yaxşı bilik;
Universitetlərin qəbul tələbləri, sənədləşmə və müraciət prosedurlarını bilməsi;
Tələbə müraciətlərini müstəqil şəkildə idarə edə bilmək;
Universitetlərlə peşəkar yazışma və kommunikasiya bacarığı;
İngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi);
MS Office və onlayn platformalarla işləmək bacarığı;
Məsuliyyətli, sistemli və detallara diqqətli olmaq;
Tələbə ilə düzgün kommunikasiya qurmaq və prosesin idarə edilməsinə nəzarət etmək.
Üstünlük hesab olunur:
Avropa universitetləri ilə birbaşa iş təcrübəsi;
UCAS və ya digər Avropa universitet müraciət platformaları ilə tanışlıq;
Avropa ölkələri üzrə qəbul proseslərində praktiki təcrübə;
Bir neçə ölkə və təhsil sistemi üzrə işləmə təcrübəsi.
Biz təklif edirik:
Peşəkar və inkişaf yönümlü iş mühiti;
Xarici universitetlərlə birbaşa əməkdaşlıq imkanları;
Karyera və peşəkar inkişaf perspektivi;
Əmək haqqı və digər şərtlər müsahibə əsasında müəyyən edilir.
CV-lərinizi mövzu hissəsində “Xaricdə Təhsil Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
