Vakansiya haqqında
1 gündən 1 iş rejimi — 15 gün iş, 15 gün istirahət!
“ZULEYKHA Accessories” moda və satış sahəsində peşəkar təcrübə qazanmaq, müasir və zövqlü mühitdə çalışmaq istəyən ciddi və məqsədyönlü xanımları komandasına dəvət edir.
Yerləşmə: Crescent Mall
Vəzifə öhdəlikləri:
Müştərilərlə nəzakətli və güvənə əsaslanan ünsiyyət qurmaq
Brend məhsulları və onların xüsusiyyətləri haqda ətraflı və dolğun məlumat təqdim etmək
Satış prosesini düzgün və səmərəli şəkildə həyata keçirmək
Namizədə tələblər:
Satış və ya müştəri xidməti sahəsində işləmək istəyi
Baxımlı görünüş və yüksək təqdimat qabiliyyəti
Satış bacarığı
Azərbaycan dilində səlis ünsiyyət
Rus dili bilikləri (ingilis dili üstünlükdür)
Şirkət təklif edir:
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maaş: 700–1500 AZN və daha yüksək (bonuslarda məhdudiyyət yoxdur, performans və satışa bağlıdır)
Bonus və mükafatlandırma sistemi
Vəzifə yüksəlişi və karyera artımı imkanları
Müasir satış texnikaları üzrə mütəxəssislərin təlimləri və əlavə ödənişsiz şirkətdaxili təlimlər
Müştəri xidməti və müştəri psixologiyası üzrə dəyərli təcrübə
Hörmət və dəstəyə əsaslanan pozitiv komanda atmosferi
Özünüifadə və təqdimat bacarıqlarının inkişafı
Stil və moda dünyasını yaxından tanımaq imkanı
Zövqlə dizayn edilmiş müasir iş mühiti
Tel: 055-946-80-22
E-mail: shopzuleykha@gmail.com
Müraciət üçün şəkilli CV və özünüz haqda qısa təqdimat göndərmək mütləqdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
