Vakansiya haqqında
De Valeur MMC mağazalar şəbəkəsi saat, zərgərlik və aksesuar sahəsində fəaliyyətini genişləndirdiyi üçün komandaya yeni satış məsləhətçisi axtarır.
Müştəri məmnuniyyətini ön planda saxlayan, xidmət keyfiyyətinə dəyər verən və peşəkar inkişafı hədəfləyən komandamıza sən də qoşula bilərsən.
Vəzifə öhdəlikləri
Müştəriləri qarşılayaraq ehtiyaclarını müəyyən etmək və uyğun məhsulları təqdim etmək;
Məhsullar və mövcud kampaniyalar barədə məlumat vermək;
Satış prosesini həyata keçirmək və müəyyən olunmuş satış hədəflərinə çatmaq;
Məhsul çeşidləri və brendlər üzrə bilikləri daim artırmaq;
Mağazada məhsulların düzgün təqdimatı və səliqəsini qorumaq.
Namizədlərə tələblər
Satış sahəsində minimum 1 il iş təcrübəsi;
Güclü ünsiyyət və inandırma bacarığı;
Səlis danışıq və müştəriyönümlü yanaşma;
Məsuliyyətli, gülərüz və nəticəyə fokuslanan olmaq;
Komanda ilə işləmək bacarığı;
Rus dili biliyi arzuolunandır.
Biz nə təklif edirik?
Sabit əməkhaqqı: 550 AZN + satışdan faiz;
Orta aylıq gəlir: 900–1100 AZN;
Satış nəticələrinə əsasən əlavə bonus və mükafatlar;
Şirkət daxili təlim və karyera yüksəlişi imkanları;
Peşəkar və dinamik iş mühiti.
İş qrafiki
6 günlük növbəli iş rejimi: 10:00–18:00 / 12:00–21:00
Satış məsləhətçisi kimi karyeranı inkişaf etdirmək və De Valeur komandasında yer almaq istəyirsənsə, CV-ni “Satış məsləhətçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
DE VALEUR dəyər yaradan komandanın bir hissəsi ol!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
