Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

MoyaTrade MMC →

Satış ekspeditoru (şəbəkə marketlər və HoReCa)

800

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

“MOYA TRADE” MMC Bakıda marketləri, restoranları və kafeləri meyvə-tərəvəzlə təchiz edir. Sifarişlər qəbul edilir, anbarda hazırlanır və ertəsi gün müştərinin ünvanına çatdırılır. Tələblər: Təhsil: Orta ixtisas və ya ali B2B satışda, distribusiyada və ya ekspeditor kimi ən azı 1 il təcrübə. Meyvə-tərəvəz, ərzaq və ya HoReCa sahəsində təcrübə üstünlükdür. Şəbəkə marketlərin satınalma menecerləri, restoran və kafe sahibləri ilə danışıq aparmaq bacarığı. Şəxsi avtomobil və B kateqoriyalı sürücülük vəsiqəsi. Smartfondan sərbəst istifadə: WhatsApp, Google Maps, onlayn sifariş sistemi. Azərbaycan dilini mükəmməl, rus dilini danışıq səviyyəsində bilmək. Məsuliyyət, nəticəyə yönəlmə və müştəri ilə uzunmüddətli əlaqə qurmaq bacarığı. Vəzifə öhdəlikləri: Bakıda şəbəkə marketləri, restoranları, kafeləri və otelləri müəyyən etmək və ziyarət etmək. Meyvə-tərəvəz çeşidini və qiymətlərini təqdim etmək, kommersiya danışıqları aparmaq. Müştərilərlə alqı-satqı müqavilələrinin bağlanmasını təşkil etmək. Gündəlik sifarişləri qəbul etmək və onlayn sistemə yerləşdirmək. Müştəri bazasını yaratmaq və yeniləmək. Ödənişlərin vaxtında daxil olmasına nəzarət etmək. Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək və satış həcmini artırmaq. İş şəraiti: Rəsmi əmək müqaviləsi, sosial sığorta və illik məzuniyyət. Maaş: 800 AZN (net). Bonus: satış nəticələrinə görə, KPI əsasında. Yuxarı həddi yoxdur. Şəxsi avtomobilin yanacaq və amortizasiya xərcləri qarşılanır. Mobil rabitə xərcləri qarşılanır. İş qrafiki: həftədə 40 saat. Bazar ertəsi–cümə 09:00–17:00, şənbə 09:00–14:00. Müraciət etməzdən əvvəl elanı diqqətlə oxuyun. CV göndərərkən məktubda və ya mesajda bu vəzifədə nə iş görəcəyinizi 2–3 cümlə ilə öz sözlərinizlə yazın. Qısa izahı olmayan müraciətlər elanı oxumadan göndərilmiş hesab ediləcək və nəzərə alınmayacaq. CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin Mövzuda Satış ekspeditoru – HoReCa qeyd edin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Horeca satış meneceri

Camal LTD

1500

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Satış, Pərakəndə və Müştəri Xidmətləri
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.