Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
HORECA kanalı üzrə satış planlarının, dövriyyə və əsas satış göstəricilərinin icrasını təmin etmək;
Komandanın gündəlik fəaliyyətini planlaşdırmaq, tapşırıqları bölüşdürmək və icraya nəzarət etmək;
Komanda üzvlərinin nəticələrini izləmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və onları iş prosesində dəstəkləmək;
Otel, restoran, kafe və iaşə obyektləri üzrə müştəri ziyarətlərini və satış marşrutlarını idarə etmək;
KPI-ları, satış dinamikasını və kanal üzrə inkişaf imkanlarını təhlil edərək tədbirlər planı hazırlamaq;
Yeni HORECA müştərilərini cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək;
Məhsul portfelini təqdim etmək, kommersiya şərtləri üzrə danışıqlar aparmaq və razılaşmaların icrasına nəzarət etmək;
Debitor borclarına, sifarişlərin icrasına, məhsul mövcudluğuna və təqdimat standartlarına nəzarət etmək;
Satış nəticələri və müştəri portfeli üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Satış, logistika, anbar, marketinq və maliyyə şöbələri ilə koordinasiyalı işləmək.
Namizəd üzrə tələblər
Təhsil: Orta ixtisas və ya ali təhsil;
Təcrübə: HORECA satış sahəsində iş təcrübəsi; komanda idarəetməsi təcrübə
Dil: Azərbaycan dili - – əla, İngilis dili və Rus dili – üstünlükdür
Kompüter: Microsoft Office proqramları, xüsusilə Excel üzrə yaxşı bilik.
Fərdi keyfiyyət göstəriciləri
Liderlik və komanda idarəetməsi;
Planlaşdırma, iş bölgüsü və icra nəzarəti;
Satış analitikası və nəticəyönümlü yanaşma;
Güclü ünsiyyət, danışıqlar və motivasiya bacarıqları;
Operativ qərarvermə və problem həlli.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
