Vakansiya haqqında
Komandamız
genişlənir!
Müxtəlif korporativ müştərilərin inşaat, texniki
və təsərrüfat malları üzrə təchizatını həyata keçirən şirkətimizə məsuliyyətli və çevik Satınalma və Təchizat üzrə
Mütəxəssis axtarırıq.
Vacib qeyd
İş modelimiz çoxsaylı korporativ müştərilərin
müxtəlif məhsul tələblərinin eyni vaxtda idarə olunmasını nəzərdə tutur. Bu səbəbdən namizədin B2B təchizat / supply
şirkətində satınalma və ya təchizat üzrə iş təcrübəsinin olması əsas tələbdir.
Tələblər
Minimum 1 il B2B təchizat / supply şirkətində
satınalma və ya təchizat üzrə iş təcrübəsi;
Eyni vaxtda müxtəlif müştərilərin fərqli məhsul tələbləri ilə işləmə
təcrübəsi;
Təchizatçıların
axtarılması, qiymətlərin toplanması və müqayisəsi;
Təchizatçılarla qiymət, endirim və ödəniş şərtləri üzrə danışıqlar aparmaq
bacarığı;
Sifarişlərin
təqibi və vaxtında çatdırılmasına nəzarət;
MS Office, xüsusilə Excel proqramında sərbəst işləmək;
Azərbaycan dilində səlis danışıq və
yazı;
Rus və ya İngilis
dili biliyi üstünlükdür;
Operativ, diqqətli və məsuliyyətli olmaq.
Üstünlük
veriləcək
İnşaat materialları və texniki avadanlıqlar
üzrə təchizat təcrübəsi;
Geniş yerli təchizatçı bazası;
İnşaat, təsərrüfat və texniki məhsulların qiymətləri
barədə bazar məlumatı;
Çoxsaylı məhsul kateqoriyaları ilə işləmək təcrübəsi.
Vəzifə
öhdəlikləri
Korporativ müştərilərdən daxil olan məhsul
tələblərinin araşdırılması;
Müxtəlif kateqoriyalar üzrə uyğun təchizatçıların
tapılması;
Hər məhsul üzrə
minimum 2–3 təchizatçıdan qiymət alınması və müqayisəsi;
Qiymət və kommersiya şərtləri üzrə danışıqların
aparılması;
Sifarişlərin
yerləşdirilməsi və icrasının izlənilməsi;
Məhsulun keyfiyyəti, sayı, qiyməti və çatdırılma müddətinə
nəzarət;
Alternativ məhsul
və təchizatçıların araşdırılması;
Anbar və digər şöbələrlə koordinasiya;
Satınalma ilə bağlı hesabat və sənədləşmənin
aparılması.
İş şəraiti
Məkan: Bakı, Əhməd
Rəcəbli
İş qrafiki: 5
günlük iş həftəsi, 09:00–18:00
Maaş: Təcrübə və bacarığa uyğun olaraq müsahibə zamanı
razılaşdırılır
İş üçün
korporativ nömrə təqdim olunur.
Müraciət edən namizədlər üçün
qeyd
Vakansiya üzrə əsas seçim meyarı B2B təchizat
və satınalma sahəsində praktiki iş təcrübəsidir. Bu sahədə müvafiq təcrübəsi olan namizədlərin müraciətlərinə
üstünlük veriləcək. Digər sahələrdə iş təcrübəsi olan namizədlərin isə bu vakansiya üzrə müraciətlərinin uyğunluğu
nəzərə alınmaya bilər.
Müraciət zamanı cavablandırılması xahiş
olunan suallar
CV ilə birlikdə aşağıdakı suallara da qısa və
konkret cavab verməyiniz xahiş olunur. Namizədlərin ilkin qiymətləndirilməsi zamanı bu məlumatlar nəzərə
alınacaq.
Satınalma və təchizat sahəsində neçə il iş
təcrübəniz var?
Əvvəlki iş yerinizin adını və bu sahədə
tutduğunuz vəzifəni qeyd edin.
Əvvəlki iş yerinizdə hansı məhsul
kateqoriyaları üzrə satınalma və təchizat prosesini həyata keçirmisiniz?
Məsələn: inşaat materialları, elektrik
avadanlıqları, santexnika, təsərrüfat malları və s.
B2B təchizat şirkətində iş təcrübəniz
varmı?
Korporativ müştərilərdən daxil olan
sorğuların araşdırılması, təchizatçıların tapılması və qiymət təkliflərinin hazırlanması ilə məşğul
olmusunuzmu?
Eyni vaxtda bir neçə fərqli müştərinin və
müxtəlif məhsul kateqoriyalarının sifarişlərini idarə etmək təcrübəniz varmı?
Varsa, bu prosesi necə təşkil etdiyinizi
qısaca qeyd edin.
Bu vəzifə üzrə gözlədiyiniz aylıq
əməkhaqqı nə qədərdir?
Məbləği AZN ilə qeyd
edin.
Təchizatçıdan alınan qiymətin yüksək
olduğunu müəyyən etdikdə, daha sərfəli qiymət əldə etmək üçün hansı addımları atırsınız?
Qısa olaraq yanaşmanızı və təcrübənizi izah
edin.
Qeyd: Yuxarıda qeyd olunan sualların
cavablandırılması müraciətin ilkin qiymətləndirilməsi üçün vacibdir. Xahiş edirik, CV ilə birlikdə bütün suallara
cavablarınızı da təqdim edəsiniz.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən
mövzu hissəsində“Satınalma və Təchizat üzrə
Mütəxəssis”qeyd etməyiniz xahiş olunur.
Uyğun namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə
dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
