Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Dövlət satınalmalarında şirkətin maraqlarının düzgün və effektiv şəkildə təmsil
edilməsi;
Tender sənədlərinin sıfırdan hazırlanması və qanunvericiliyin
tələblərinə uyğunluğunun təmin edilməsi;
e-Satınalma portalında satınalma
proseslərinin müstəqil idarə olunması;
Texniki və qiymət təkliflərinin
hazırlanması və analitik qiymətləndirilməsi;
Forma 2, Forma 3 və digər
zəruri sənədlərin düzgün və səhvsiz tərtib edilməsi;
Bank qarantiyası,
icra təminatı və müqavilə sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması;
Dövlət qurumları ilə rəsmi və peşəkar yazışmaların aparılması;
Satınalma proseslərində yarana biləcək hüquqi və sənədləşmə risklərinin əvvəlcədən müəyyən
edilməsi və qarşısının alınması;
Tender və müqavilə öhdəliklərinin
vaxtında və düzgün icrasına nəzarət.
Namizədə dair tələblər:
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya digər
uyğun ixtisaslar üzrə);
Satınalma sahəsində minimum 2 il iş
təcrübəsi;
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanununu və onun tətbiq mexanizmlərini praktiki səviyyədə bilmək;
e-Satınalma portalında sərbəst və müstəqil işləmək bacarığı;
Tender sənədlərinin və müqavilələrin hazırlanması üzrə praktiki biliklər;
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək
bacarığı;
1C, SAP və ya digər ERP sistemləri ilə işləmək təcrübəsi
üstünlükdür;
Analitik düşünmə və detallara yüksək
diqqət;
Yüksək məsuliyyət, dəqiqlik və intizam;
Müstəqil qərarvermə və operativ işləmək bacarığı.
İş şəraiti:
Struktur bölmə: Təchizat şöbəsi;
İş qrafiki: Həftənin 5 günü;
Əməkhaqqı: 2000 AZN.
Qeyd: Namizəd tender sənədlərinin düzgün tərtib edilməsinə, təqdim
olunan məlumatların dəqiqliyinə və satınalma prosesində qanunvericiliyin tələblərinə riayət olunmasına görə
məsuliyyət daşıyacaq.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
