Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Onlayn satış platformasının idarə edilməsi
Platformada məhsul çeşidlərinin, qiymətlərin, kateqoriyaların və şəkillərin
yoxlanılması;
Yeni məhsulların platformaya əlavə
edilməsi;
Satışdan çıxarılan məhsulların platformadan
silinməsi;
Məhsul məlumatlarının aktuallığına və düzgünlüyünə nəzarət
etmək.
Məhsul məlumatları və etiketləmə
Məhsul məlumatlarının Azərbaycan dilinə tərcümə edilməsi;
Məhsul adlarının, tərkibinin və digər məlumatların düzgün hazırlanması;
Məhsul etiketlərinin hazırlanması və çap edilməsi.
1C proqramı üzrə əməliyyatlar
Yeni daxil olan məhsulların 1C sisteminə əlavə edilməsi;
Məhsul adlarının, kodlarının və digər zəruri məlumatların sistemdə qeydiyyata
alınması;
Məhsul məlumatlarının düzgünlüyünə nəzarət
etmək.
AQTA sənədləri və sertifikatlara nəzarət
Məhsullara aid müvafiq sertifikat və sənədlərin yoxlanılması;
AQTA tələblərinə uyğun sənədlərin mövcudluğuna nəzarət etmək;
Sənədlərin uyğunluğunu və etibarlılıq müddətlərini izləmək.
Satış prosesinə dəstək
Satış əməkdaşlarına gündəlik iş prosesində dəstək göstərmək;
Məhsullarla bağlı yaranan məsələlərin operativ həllinə kömək etmək;
Müvafiq struktur bölmələrlə koordinasiyalı işləmək.
Namizədə dair tələblər
Yaş həddi: 22–35;
Ali
təhsil;
Təcrübə min 1 il;
MS
Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
1C proqramı
üzrə biliklər;
Azərbaycan dilində düzgün yazı və tərcümə
bacarığı;
Analitik düşünmə və təşkilatçılıq
qabiliyyəti;
Məsuliyyətli, diqqətli və operativ
olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur
Satınalma və təchizat sahəsində iş təcrübəsi;
Onlayn satış platformaları ilə iş təcrübəsi;
Qida
və dəniz məhsulları sektorunda təcrübə;
Məhsul sənədləşməsi və
sertifikatlarla iş təcrübəsi.
İş şəraiti
Əmək haqqı: 700 AZN;
İş rejimi: 6 günlük
iş həftəsi;
Rəsmi əmək müqaviləsi;
İş yeri: Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 70–72.
Müraciət etmək istəyən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
