Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Amina and S Group

Satınalma üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Layihə və ya müəssisə üzrə tələb olunan material və avadanlıqların müəyyən edilməsində iştirak etmək; Təchizat planının hazırlanmasına dəstək vermək və icrasına nəzarət etmək; Təchizatçıların araşdırılması, seçimi və qiymətləndirilməsini həyata keçirmək; Qiymət sorğularını (RFQ) hazırlamaq, toplamaq və müqayisəli analiz aparmaq; Satınalma sifarişlərinin (PO) tərtibi, təsdiqi və icrasını təşkil etmək; Təchizat müqavilələri və satınalma şərtlərinin razılaşdırılması prosesində iştirak etmək; Təchizat prosesinin təsdiqlənmiş iş qrafikinə uyğun icrasını izləmək; Material və avadanlıqların çatdırılma vəziyyətinə nəzarət etmək, gecikmələrin qarşısını almaq üçün müvafiq tədbirlər görmək; Anbar, logistika və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək; Təchizat sənədlərinin (Invoice, Packing List, MTC və s.) düzgünlüyünü və tamlığını yoxlamaq; Təchizatçıların fəaliyyətini dəyərləndirmək və performans göstəricilərini izləmək; Satınalma prosesinin təsdiq olunmuş büdcəyə uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək; Alınan məhsul və avadanlıqların keyfiyyət və texniki tələblərə uyğunluğunun təmin edilməsində iştirak etmək; Sifarişçi və layihə komandası ilə effektiv koordinasiya aparmaq; Satınalma fəaliyyəti üzrə aylıq və dövri hesabatlar hazırlamaq. Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi; Microsoft Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı; 1C proqramı ilə işləmək bacarığı; Azərbaycan dilini sərbəst, ingilis dilini minimum B1 səviyyəsində bilmək; Satınalma və təchizat prosesləri üzrə normativ sənədlər və prosedurlar barədə bilik; Məsuliyyətli, dəqiq, təşəbbüskar olmaq və komanda ilə işləmək bacarığı; Dinamik iş mühitində operativ qərarvermə və güclü kommunikasiya bacarığı; Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı. İş şəraiti İş qrafiki: həftədə 5 iş günü, 2 gün istirahət; İş yeri: Bakı şəhəri; Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək. Müvafiq tələblərə uyğun namizədlər şəkilli CV-lərini mövzu hissəsində "Satınalma üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.