Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Satınalma sektorunun fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün
aparılması və tapşırıqların icrasına nəzarət;
Layihələr və struktur
bölmələr üzrə satınalma tələbatlarının müəyyənləşdirilməsi, satınalma planlarının və təchizat qrafiklərinin
hazırlanması;
Material, avadanlıq və xidmətlər üzrə texniki tələblərin
aidiyyəti bölmələrlə dəqiqləşdirilməsi və qiymət sorğularının hazırlanması;
Yerli və xarici bazarların araşdırılması, alternativ təchizatçı və istehsalçıların müəyyən
edilməsi, təchizatçı bazasının yaradılması və yenilənməsi;
Təkliflərin
qiymət, texniki uyğunluq, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisəsinin
təşkili;
Təchizatçı və podratçılarla kommersiya danışıqlarının
aparılması, əlverişli qiymət və müqavilə şərtlərinin razılaşdırılması;
Satınalma sifarişlərinin və müqavilələrin hazırlanmasının əlaqələndirilməsi, təsdiq prosesinin
və müqavilə öhdəliklərinin icrasının izlənilməsi;
Sifarişlərin istehsal,
yoxlama, daşınma və təhvil mərhələlərinin izlənilməsi, gecikmə və uyğunsuzluqların aradan qaldırılması üçün
tədbirlərin görülməsi;
Logistika, anbar, maliyyə və texniki bölmələrlə
satınalma proseslərinin əlaqələndirilməsi;
Satınalma xərclərinin
təsdiqlənmiş büdcəyə uyğunluğuna nəzarət və xərclərin optimallaşdırılması üzrə təkliflərin
hazırlanması;
Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi, satınalma
risklərinin müəyyən edilməsi və alternativ təchizat imkanlarının təmin olunması;
Satınalma fəaliyyəti, sifarişlərin vəziyyəti və əldə edilmiş qənaət üzrə hesabatların
rəhbərliyə təqdim edilməsi.
Namizədə olan tələblər:
Satınalma və təchizat sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 2
il iş təcrübəsi;
Neft-qaz, tikinti və ya sənaye layihələri üzrə satınalma
təcrübəsi;
Yerli və beynəlxalq satınalma prosesləri, müqavilə şərtləri və
Incoterms üzrə biliklər;
Texniki spesifikasiyalar və kommersiya
təklifləri ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə
Excel-də sərbəst işləmək bacarığı;
Azərbaycan və ingilis dillərini yaxşı
səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
Komandanın idarə edilməsi,
danışıqların aparılması, analitik düşünmə və operativ qərarvermə bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Satınalma sektorunun
müdiri" qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
