Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Layihələrin qiymətləndirilməsi sektorunun fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək;
Layihə cizgilərini, texniki spesifikasiyaları və digər layihə sənədlərini təhlil etmək, nəzərdə tutulan işlərin həcmini və qiymətləndirmə üçün tələb olunan məlumatları müəyyənləşdirmək;
Layihə sənədləri əsasında iş və material həcmlərinin çıxarılmasını, hesablanmasını və yoxlanılmasını təşkil etmək;
Layihə üzrə iş həcmləri cədvəllərinin (BOQ) sıfırdan tərtib olunmasını, işlərin müvafiq bölmələr üzrə qruplaşdırılmasını, ölçü vahidlərinin və miqdarların düzgün müəyyən edilməsini təmin etmək;
Hazır təqdim edilmiş BOQ-ların layihə cizgiləri və texniki tələblərlə uyğunluğunu yoxlamaq, çatışmayan, təkrarlanan və ya səhv hesablanmış mövqeləri müəyyənləşdirmək;
Hər bir BOQ mövqeyi üzrə material, işçi qüvvəsi, texnika və digər resurs tələbatının müəyyən edilməsini, vahid qiymətlərin və ümumi məbləğlərin hesablanmasını təşkil etmək;
Material, avadanlıq və subpodrat işləri üzrə qiymət məlumatlarını toplamaq, təkliflərin layihə tələblərinə uyğunluğunu qiymətləndirmək;
BOQ əsasında layihənin maya dəyərinin, smetasının hazırlanmasını təşkil etmək;
Hesablamalarda birbaşa və dolayı xərclərin, itki normalarının, logistika xərclərinin, risk ehtiyatlarının və mənfəət marjasının nəzərə alınmasını təmin etmək;
Layihə sənədlərindəki qeyri-müəyyənlikləri və uyğunsuzluqları müəyyən etmək, layihəçilər və texniki komanda ilə dəqiqləşdirmək;
Layihədə edilən dəyişikliklərə uyğun olaraq BOQ-ların və qiymət hesablamalarının yenilənməsini, əlavə və ixtisar olunan işlərin maliyyə təsirinin hesablanmasını təşkil etmək;
Hazırlanmış BOQ-ları, smetaları və qiymət hesablamalarını yoxlamaq, əsaslandırılmış şəkildə rəhbərliyə təqdim etmək və sifarişçi ilə texniki-kommersiya müzakirələrində iştirak etmək.
Namizədə olan tələblər:
İnşaat mühəndisliyi və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil;
Layihələr üzrə iş həcmlərinin hesablanması, BOQ hazırlanması və qiymətləndirmə sahəsində minimum 5 il, o cümlədən komanda idarəçiliyi üzrə minimum 2 il iş təcrübəsi;
Layihə cizgilərini və texniki sənədləri sərbəst oxumaq, onların əsasında iş və material həcmlərini hesablamaq bacarığı;
BOQ-ların sıfırdan tərtib edilməsi, mövcud BOQ-ların yoxlanılması və qiymətləndirilməsi üzrə praktiki təcrübə;
Tikinti, konstruksiya və MEP işlərinin həcmlərinin hesablanması prinsipləri üzrə biliklər;
Vahid qiymət analizlərinin, resurs hesablamalarının, smetaların və layihə büdcələrinin hazırlanması üzrə təcrübə;
MS Excel və AutoCAD proqramlarında sərbəst işləmək bacarığı; smeta və həcm hesablama proqramları üzrə biliklər üstünlükdür;
Azərbaycan dili biliyi; ingilis və rus dillərində texniki sənədlərlə işləmək bacarığı üstünlükdür;
Analitik düşünmə, detallara diqqət, komandanın işini təşkil etmək və müəyyən edilmiş müddətlərdə nəticə təqdim etmək bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "Layihələrin qiymətləndirilməsi sektorunun müdiri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
