Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin satınalma prosesini təşkil və idarə edir;
Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti
təmin etməklə alış tələblərini nəzərdən keçirir və şöbə rəhbərlərini alınacaq mallar barəsində
məlumatlandırır;
Xarici və yerli təchizatçıları araşdırır, seçim edir və
təchizatçı bazasını daima yeniləyir;
Satınalma bazarının araşdırılması,
xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıları cəlb edir;
Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün
şərtlər barədə danışıqları aparır;
Şirkətin bütün təsdiqlənmiş
tələbnamələrini əlaqələndirir;
Satın alınmış xammal, mal, materialların
və xidmətlərin məlumat bazasını hazırlayır və yeniləyir, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət edir
və aidiyyati şəxslərə hesabat verir;
Satınalmalar üçün rəqabətli
qiymət sorğusu sisteminə nəzarət edir;
Üçüncü şəxslər ilə imzalanan
müqavilələrin detallarını və xərclərini uzlaşdırır;
Şirkətin inzibati və
qeydiyyat işlərinin tələblərinə riayət edir;
Satınalmaların aidiyyatı
şəxslərə çatdırılması barədə hesabat verir;
Tələb olunduqda daşınma və
gömrük məsələlərini həll edir.
Tələblər:
Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr
üzrə);
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər
vəzifədə);
Tikinti sahəsində təcrübə;
Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Məsuliyyətli və detallara diqqətli olmalıdır;
MS
Office, həmçinin 1C proqramlarını bilməlidir;
Azərbaycan dili zəruridir,
rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş
qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı:
09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında
razılaşdırılır
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
