Vakansiya haqqında
Struktur bölmə:Satış departamenti
– Sahibkarlarla iş şöbəsi
Vəzifə
öhdəlikləri:
Sahibkarlıq subyektləri üzrə mürəkkəb və
yüksək potensiallı müştəri imkanlarını müəyyən etmək, satış strategiyasının şöbə hədəflərinə uyğun icrasına töhfə
vermək;
Müştərinin biznes
modelini, əmlakını və əsas risklərini təhlil edərək kompleks biznes sığorta həllərinin formalaşdırılmasını və təqdim
edilməsini koordinasiya etmək;
İri və strateji əhəmiyyətli sahibkarlarla danışıqları aparmaq, kommersiya
şərtlərinin razılaşdırılmasında və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasında iştirak
etmək;
Mürəkkəb risklər
üzrə Anderraytinq və digər aidiyyəti bölmələrlə işin koordinasiyasını, tələb olunan məlumatların tamlığını və
prosesin vaxtında aparılmasını təmin etmək;
Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı
əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri
ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
Debitor borcların minimuma endirilməsi və ödənişlərin
müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
Satış göstəricilərini təhlil etmək, bazar və məhsul ehtiyacları üzrə təkliflər
hazırlamaq.
Namizədə olan
tələblər:
Ali təhsil;
İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı
üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və
ya ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək
bacarığı;
Yüksək
kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və
nəticəyönümlülük;
Mürəkkəb
müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə
təcrübə.
İş şərtləri:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
əsasən sənədləşmə;
İş
vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
İş yeri: Bakı şəhəri,Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
Karyera və peşəkar inkişaf üçün
imkanlar;
Peşəkar komandada
işləmək imkanı;
Tibbi
sığorta təminatı;
Push30.az
xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Sahibkarlarla iş
üzrə baş mütəxəssis” qeyd etməklə CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun
gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
