Vakansiya haqqında
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00;
İstirahət günləri: şənbə və bazar;
Əməkhaqqı:
namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı razılaşdırılır;
Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Bakı
şəhəri, Xətai Rayonu, Həzi Aslanov qəs. Camal Hacıəliyev kücəsi
Əsas Vəzifələr:
Şirkətə müraciət edən şəxslərin, keçirilən görüşlərin və daxil olan müraciətlərin
qeydiyyatını aparmaq;
Daxil olan sənədləri qəbul etmək, yoxlamaq və
aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirmək;
Şirkətə gələn
qonaqları qarşılamaq və müvafiq şəxslərə və ya struktur bölmələrə yönləndirmək;
Şirkətin rəsmi sosial media hesablarının idarə edilməsini və SMM fəaliyyətinin həyata
keçirilməsini təmin etmək;
Vəzifə öhdəliklərini müəyyən edilmiş
müddətlərdə və müvafiq tələblərə uyğun şəkildə yerinə yetirmək;
Birbaşa
rəhbəri tərəfindən verilən tapşırıqları vaxtında, keyfiyyətlə və düzgün icra etmək.
Namizədə tələblər:
Namizəd xanım olmalıdır;
Yaş həddi:
24–35;
MS Office proqramları üzrə bilik və praktiki istifadə
bacarığı;
İşində dəqiqlik, intizam və yüksək
məsuliyyətlilik;
Komandada işləmək və ünsiyyət qurmaq
bacarığı;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
bacarığı.
CV faylını “Qeydiyyatçı (Resepşn)” başlığı iləMüraciət etdüyməsində qeyd
olunan elektron ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi: +994 10 265 56 55
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
